Dünya

Didye Droqba yalançı, fırıldaqçı çıxdı - FOTO

14 Aprel 2016 09:47
0 Şərh     Baxış: 2 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çelsi"nin və "Qalatasaray"ın sabiq ulduzu, Kot-d`İvuardan olan futbolçu Didye Droqba maliyyə saxtakarlığında və çox böyük məbləğdə pulları mənimsəməkdə suçlanır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 38 yaşlı futbolçu 2012-ci ildə "Didier Drogba Foundation" adlı xeyriyyə fondu yaratmış, bu qurumun vətəni Kot-d`İvuarda yoxsul ailələrin övladlarının və xüsusilə də kimsəsiz uşaqların təhsilinin təşkil olunması, habelə stadionlar və arenaların tikilməsi ilə məşğul olacağını demişdi.
D.Droqba onu da bildirmişdi ki, xeyriyyə fonduna yığacağı vəsait hesabına vətənində məktəblər, klinikalar, uşaq bağçaları və körpələr evləri inşa etdirmək, istedadlı uşaqların futbol akademiyalarına cəlb olunmasına çalışmaq niyyətindədir.
Fond yaradılandan sonra Droqba iki xeyriyyə gecəsi keçirmişdi. Həmin tədbirlərə qatılanlar arasında şahzadə Beatris, Devid və Viktoriya Bekhemlər, Bono, Frenk Lempard, Kristin Blikli, Pele, Con Terri, Roje Federer, Donna Eyr, şahzadə Uilyamın qaynı Ceyms, Roman Abramoviç və başqaları vardı.
Fondun hesablarında milyonlarla funt-sterlinq var. Britaniyada xeyriyyə fondlarının fəaliyyətinə nəzarət edən "Charity Commission" (CC) isə hesab edir ki, Didye Droqba saxtakarlıq və fırıldaqçılıq edib. Belə ki, komissiyanın apardığı araşdırmalara görə, fondun hesablarından Kot-d`İvuara vur-tut 14115 funt-sterlinq göndərilib.
Məbləğin yerdə qalan hissəsi isə Britaniyada dövriyyədədir. Yəni sadə dillə desək, Kot-d`İvuarda xeyriyyəçilik üçün nəzərdə tutulmuş pullar faktiki olaraq Britaniyada ən müxtəlif sahələrə, işlərə və əməliyyatlara yatırılıb.
Didye Droqba deyilənləri qətiyyətlə təkzib edir. Amma o, ittihamlara hələ də faktla cavab verə bilməyib.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.