Sankt-Peterburq şəhərinin Pulkovo hava limanında 2 Azərbaycan vətəndaşı külli miqdarda vəsaitlə saxlanılıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, İstanbul-Sankt-Peterburq reysi ilə azərbaycanlılardan birinin üzərində gömrük bəyannaməsində göstərilməyən 379 min 200, digərinin üzərində isə 511 min 700 Venesuela valyutası olan bolivar aşkar olunub.
Faktla bağlı azərbaycanlılara qarşı Rusiya Cinayət Məcəlləsinin 200-cü maddəsi ilə cinayət işi açılıb.
Milli.Az