Ermənistanda üzümçülər yol kəsirlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanın Ararat vilayətinin üzümçüləri hələ iki ay əvvəl təhvil verdikləri üzümün pulunu ala bilmədikləri üçün yolu bağlamaqla təhdid edirlər. Kaxtsraşen kəndinin sakinləri deyirlər ki, üzümü kənddə fəaliyyət göstərən "Vinar" şirkətinə satıblar, özü də az qala su qiymətinə. Məhsulu bazar qiymətindən çox ucuz qiymətə satmağa məcbur qalıblar, ümid ediblər ki, heç olmasa Yeni ilə kimi pullarını ala biləcəklər.
KİLOSUNU QƏPİYƏ...
Kaxtsraşendə 630 ailədən 430-u üzümçülüklə məşğuldur. Kəndlilərin sözlərinə görə, əllərində olan pulu bağların inkişafına qoyublar. Ancaq payızda isə topladıqları məhsulun kilosunu hətta 40 drama satmağa vadar olublar.
(1 dollar 480 dramdır. Qiyməti Azərbaycan manatına çevirəndə, üzümün kilosunu 12 qəpiyə satıblar - red.)
"Gəlir götürmədik, heç olmasa, xərclədiyimiz pulu ala biləydik", - fermerlər deyirlər. Onlar gileylənirlər ki, kəndin başçısı onlardan üzümün kiloqramını 110 drama alacaqlarına söz veribmiş, ancaq sonradan bu qiymət az qala iki dəfə aşağı salınıb - 60 drama razılaşıblar.
ÜZÜM ALANIN DA PULU YOX...
"Vinar" şirkətinin direktoru Avet Qalstyan bildirir ki, pulları olmadığı üçün ən azı bu il kəndlilərin borcunu ödəyə bilməyəcəklər. İş adamı bunun səbəbini onunla izah edir ki, 500 ton üzüm tədarük etməyi planlaşdırsalar da, hesab-kitabdan qırağa çıxıblar, daha çox - 3000 ton üzüm alıblar. Nəticədə şirkətin 200 milyon dram borcu yığılıb, şərabı satmadan həmin borcu ödəmək mümkün olmayacaq. Hər halda, Avet Qalstyan belə söyləyir.
"ERMƏNİSTANDA CƏMİ BİR NEÇƏ İŞ ADAMI BORCUNU BAĞLAYIB"
"Üzümün miqdarı 500 tonu keçəndə mən hamıya bəyan etdim ki, qalan vəsaiti mart-aprel aylarında ala biləcəklər. Respublikada cəmi bir neçə iş adamı borcunu ödəyib, əksəriyyət borcunu bağlaya bilməyib, ancaq bizim şirkətlə bağlı problem yoxdur. Mən onlarla görüşdə də dedim ki, mart ayına borcu ödəyəcəyimi söyləsəm də, çalışıb daha tez verəcəm", - Avet Qalstyan deyib.
Ararat sakinləri yardım etmələri üçün hökumətə və prezident dministrasiyasına müraciət ediblər. Tədarük şirkətinin direktoru da hökimətdən kömək gözlədiyini gizlətmir.
"Əgər kredit verilərsə, mən çox az vaxtda borcumun heç olmasa 50 faizini ödəyəcəm. Ancaq bu nə qubernatordan asılıdır, nə də məndən. Bu daha yüksək instansiyaların verəcəyi dəstəkdən asılıdır", - "Vinar" şirkətinin direktoru deyir.
"Azadlıq" radiosu
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb





