Dünya

"Qızın başını kəsib, onu yoldan 3-5 metr aralıya apardım və orada basdırdım" - FOTO

22 Oktyabr 2015 23:06
13 Şərh     Baxış: 4 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az bizimyol.info-ya istinadən ən dəhşətli qatillərdən biri haqqında olan məlumatı təqdim edir: 

Ted Bandi 1974 -1978-ci illər arasında ABŞ-ın fərqli yerlərində 30-da çox gənc qadını öldürmüş bir qatildir. Onu digər qatillərdən fərqləndirən xüsusiyyəti, yaraşıqlı geyinməsi, təmiz görünüşü, təhsilli olması və qadınların qısa zamanda marağına səbəb olması idi.

Ted Bandi 24 noyabr 1946-cı ildə ABŞ-ın Vermont ştatının Burlinqton şəhərində anadan olmuşdu. Anası Eleanor Luis Kouel satıçı işləyirdi. Atasının kim olması barədə dəqiq məlum yoxdur. Bandi doqquz yaşına qədər anası və babasının yanında, ailə mülklərinin yerləşdiyi Filadelfiyada yaşadı. Qohumları Bandinin ruhi xəstə olduğunu hesab edirdilər. Bandi anasının, bacısı olduğunu zənn edərək böyüdü. 

Ted Bandi gənc yaşında qatil oldu.O, Vaşinqton universitetində təhsil aldığı zaman Stefani Bruks adlı bir qıza aşiq oldu və  onu əldə etmək üçün hər yola əl atdı. Lakin bir müddət sevgili olan Bandi və Stefani ayrıldılar. Stefani Bandidə cinsi zəifliyin olması əsas gətirərək ondan ayrıldı. Stefanini geri qaytarmaq üçün əlindən gələni edən Bandi isə istəyinə nail ola bilmədi.

Sevgilisindən ayrıldıqdan sonra bir müddət depressiyada olan Bandi, atasının kim olmasını öyrənməyə çalışdı. Atasını tapa bilməyən Bandi, bacısı olduğunu zənn etdiyi Eleanorun əslində anası olduğunu və kiçik yaşlarından bəri böyük bir yalana məhkum edildiyini öyrəndi. Baş verən hadisələr Ted Bandiyə pis təsir etdi. Bacısının anası olduğunu öyrənən Bandi, ətrafındakı qadınlara nifrət etməyə və onları öldürməyə qərar verdi.

Bandi əvvəlcə insan psixologiyasını anlamaq üçün Vaşinqton universitetində psixologiya fakultəsində təhsil aldı. Daha sonra Bandi Yuta universitetində hüquq təhsili aldı. Təhsilini başa vurduqdan sonra San-Fransiscoya gedən Bandi, keçmiş sevgilisi Stefanini tapır və onunla yenidən tanış olur. Stefani Bandinin dəyişdiyini düşünərək onunla yenidən münasibət qurur. Bir müddət münasibətdə olan Bandi, nəhayət Stefaniyə evlənmə təklifi edir. Stefani bu təklifi qəbul edir. Lakin 2 gün sonra Bandi Stefanini tərk edir və bir daha onunla əlaqə yaratmır. İstədiyi qadını əldə edə biləcəyini sübut edən Bandi, bütün işlərini kənara ataraq 4 il boyunca ABŞ vətəndaşlarını qorxudan dəhşətli bir qatil olmağa başlayır.

30 dəhşətli cinayət

Bandi 4 il ərzində 30 qadına təcavüz edərək öldürdü. Öldürülən qadınlar isə bir-birinə çox bənzəyirdilər. Bandi öldürəcəyi qadınları əvvəlcədən seçir və onların keçmiş sevgilisi Stefaniyə bənzəməsinə xüsusi diqqət edirdi. Müxtəlif variantlara əl atan Bandi, hətta polis geyimi geyinərək gənc qızlara yaxınlaşır, onlarla münasibət qurur və əlinə fürsət düşdüyü zaman onlara təcavüz edərək öldürürdü. Qatil, yaraşıqlı olmasından istifadə edərək qadınlarla çox asanlıqla tanış ola bilirdi. O, təcavüz etdiyi qadınları əvvəlcə boğur, daha sonra isə onlara təmiz və yaraşıqlı geyimlər geyindirərək çürüməsini günlərlə izləyirdi. Baş verən cinayətlərlə bağlı isə polis heç bir iz tapa bilmirdi. Çünki çox ağıllı olan Bandi, kiçik dəyişikliklər edərək özünü başqa insanlara oxşatmağı bacarırdı. O, fərqli adlardan istifadə edir və cinayət bölgəsində heç bir iz buraxmırdı.  Lakin Bandi bir gün səhv etdi və geridə iz buraxdı. O, Yutahda polis geyimində gənc qıza yaxınlaşaraq onu sorğu-suala tutdu və qadını məcbur avtomobilə mindirmək istədi. Gənc qız isə avtomobildən düşərək Bandinin əlindən qaçmağı bacardı. Polisə gedən gənc qız, Bandi haqqında xatırladıqlarını dedi. Qadının söylədikləri əsasında qatilin robot şəkli çıxardıldı. Polislər "saxta polis" roluna girən qatili axtarmağa başladı. 

Nəhayət 16 avqust 1975-ci ildə şübhəli olaraq təyin edilən bir avtomobil polis tərəfindən saxlanıldı. Avtomobilə göz gəzdirən polis, içəridən işgəncə alətləri, müxtəlif silahlar və maskalar tapdı. Bununla da Bandi həbs edildi. Bandinin həbs edilməsinə baxmayaraq, detektivlər digər cinayətlərdə də onun əlinin olduğundan şübhələnirdilər. Lakin digər qadın cinayətlərində Bandi ilə bağlı olan heç bir sübut tapılmadı. Bandinin evində axtarış aparan polislər hətta onun öz evində belə barmaq izi tapa bilmədilər. Lakin buna baxmayaraq məhkəmədə Bandiyə,  digər cinayətlərin baş verdiyi günlərdə onun harada olması ilə bağlı  suallar verildi. Suallara tələsmədən cavab verən Bandi, vəkilindən imtina etdi. Hüquqşünas olan Bandi, öz müdafiəsini heç kimə etibar etmədi və o bu addımı ilə əslində qaçmaq planını işə saldı. 

Vəkilindən imtina edən Bandi məhkəmə proseslərində əli qandalsız formada öz müdafiəsini təşkil etdi. Çıxışları ilə məhkəmə zalındakıları ələ almağı bacaran Bandi, hakimdən hüquq kitablarına baxmaq üçün məhkəmə kitabxanasına getmək istədiyini bildirdi.  Bandinin istəyi qəbul edildi və o, binanın 2-ci mətrəbəsinə aparıldı. Bir müddət otaqda tək qalan Bandi, kitabxananın pəncərəsindən tullanaraq qaçdı. Əllərində qandal olmayan və məhkum geyimində deyil normal bir kostyumda olan Bandi, rahat bir şəkildə insanların arasına qarışdı. Məhkəmə prosesinin aparıldığı Aspen qəsəbəsində sadəcə 3 min insanın yaşamasına baxmayaraq, Bandini həmin gün tutmaq mümkün olmadı. 150 polis və bir neçə it onu günlərlə axtardı. 

Bir həftə sonra isə Bandi, qaçırdığı bir avtomobillə şəhəri tərk etmək istəyərkən polislər tərəfindən saxlanıldı. Növbəti məhkəmə prosesinə qədər o, həbsxanaya göndərildi. Təxminən 6 ay həbsxanada qalan Bandi, yenidən qaçmağı düşündü və bunun üçün planlar qurdu. Cəmi bir neçə həftə sonra o həbsxana divarını yavaş-yavaş dağıtmağa başladı və uzun bir tunel qazmağı bacardı. Bandinin qazdığı tunel isə həbsxana rəhbərliyində olan şəxslərdən birinin evinə gedib çıxırdı. Məhkəmə prosesinə qədər tunelin qazıntısını başa çatdıran Bandi, nəhayət qaçaçağı günü təyin etdi. O, məhkəmə prosesinə bir neçə gün qalmış qazdığı tunel vasitəsiylə qaçdı və həbsxana işçisinin evindən çıxdı. Bandi həbsxana işçisinin kostyumunu geyinərək evin ön qapısından həyəcanlanmadan çıxdı. 

Bandinin qaçdığını isə həbsxanada 15 saat sonra bildilər. 15 saat ərzində isə Bandi artıq Foridaya getməyi bacarmışdı. Bandi, Florida Dövlət Universitetinin yaxınlığında yerləşən evlərdən birini kirayə olaraq tutdu və orada yaşamağa başladı. Bir neçə həftə görünməyən Bandi, daha sonra yenidən təhsil almağı düşündü. O, universitetə gizli formada girərək dərslərdə iştirak etdi. Bir müddət təhsil almağı davam etdirən Bandi, yenidən cinayətlərinə başladı. O, universitetdəki qızlarla tanış olaraq onlara təcavüz etdi və öldürdü. 

Lakin 1979-cu ilin 19 fevral tarixində Bandinin istifadə etdiyi avtomobilin oğurluq olduğu məlum oldu və o, həbs edildi. Bandi yenidən hakim qarşısına çıxdı. 2 dəfə qaçmağı bacaran Bandi mətbuatın gündəminə oturdu. Məhkəmə proseslərini izləməyə isə yüzlərlə insan gəldi. Qəribə burasındadır ki, dəhşətli bir qatil olan Bandiyə, bəzi qızlar aşiq olmuşdular. Onu bəyənən gənc qadınlar hətta məhkəmə proseslərində iştirak etməyi də bacarmışdılar.  Məhkəmə prosesləri zamanı detektivlər qadın cinayətlərindən birində Bandi ilə bağlı iz tapdılar. Onlar öldürülmüş qadının bədənində diş izləri tapdılar. Detektivlər bu cinayətin Bandi ilə bağlı olduğundan əmin idilər. Bandi bu xəbəri eşidən kimi, dişlərini qırmağa qərar verdi. Lakin polislər buna mane oldular və aparılan araşdırmalardan sonra məlum oldu ki, təcavüz edilərək öldürülmüş qadının bədənindəki diş izləri Bandiyə aiddir. Uzun çəkən məhkəmə proseslərindən sonra hakim qərarını verdi və Bandi ölüm cəzasına məhkum edildi. Lakin yaşamaq istəyən Bandi, digər cinayətlərini də etiraf edərək öz edamını 10 il uzatmağı bacardı. Bu 10 il ərzində isə Bandi, ona heyran olan qadınlardan biri ilə həbsxanada evləndi və bir qızı oldu. 

10 il sonra - 1989-cu ildə isə  Bandinin bədəninə 2 dəqiqə ərzində 2 min volt elektrik verildi və dəhşətli qatil edam edildi. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.