Dünya

Aleksandr Qolts: "Rusiyada terror halları məhkəməyə çıxarılmır"

31 Yanvar 2011 22:07
Baxış: 107
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İstintaq komitəsinin iddiasına görə, intiharçı bombaçı Şimali Qafqazdan olan adı açıqlanmayan 20 yaşlı bir şəxsdir.

Bu arada bəzi ekspertlərə görə, cinayətin açılması haqda bəyanatlarla rəsmilər cəmiyyəti sakitləşdirmək istəyirlər.

Realıqda isə bütün məsuliyyət Şimali Qafqazdakı hansısa yaraqlıların üzərinə qoyulacaq və iş faktiki məhkəməyə çıxmayacaq.

Rusiyanın İstintaq Komitəsi ötən bazar ertəsi Domodedovo aeroportunda baş vermiş partlayışı törədənin kim olmasını müəyyən etdiyini deyir.

Komitənin rəsmi nümayəndəsi Vladimir Markin: "Bu Şimali Qafqaz respublikalarının birindən olan 20 yaşlı bir şəxsdir. İstintaq onun adını da bilir, ancaq hazırda istintaq və operativ tədbirlər aparıldığından bu ad açıqlanmır".

Bu arada ötən həftə ərzində istintaq Domodedovo partlayışıyla bağlı bir birinin dalınca bir neçə bəyanatlar yaymışdı.

Burada hadisənin gah 35 yaşlı ərəbin, gah avropalının, gah qadınının, gah kişinin törətməsi bildirilirdi.

Nəhayət, son versiya Şimali Qafqazdan olan 20 yaşlı qəncdir.

Moskvalı şərhçi Aleksandr Qoltsun zənnincə, son illərin təcrübəsi terror aktlarının sifarişçilərinin əksər hallarda məhkəməyə çıxmamasını göstərir: "Axı bu ilk terror hadisəsi deyil. Mən heç yadıma sala bilmirəm nə zamansa terror hadisəsini sifariş edənlər məhkəmə qarşısına çıxarılsınlar. Bax belə bəyanatlarla ilk əvvəl bizə deyirlər ki, icraçılar təyin edilib. Sonra deyirlər ki, təşkilatçılar təyin edilib, sonra isə sifarişçi kimi qələmə verilən heç kimkin tanımadığı bir şəxsin deyək Dağıstanda əməliyyəat zamanı öldürülməsi xəbər verilir. Hər dəfə biz istintaqın sözünə inanmalıyıq ki, onlar işi açıblar və qatillər cəzalandırılıb. Bir qədər qəribədir, niyə terror hadisələrinin təşkilatçıları məhkəməyə çıxarılıb onların cinayəti sübut edilmir. Yox onlar hansısa əməliyyət zamanı öldürülür.", deyir Aleksandr Qolts.

Bu arada Dumada hakim "Vahid Rusiya" partiyasını təmsil edən deputat Aleksey Rozuvan deyir ki, hazırkı terror hadisəsi bir qədər seçilə bilər:

"Burada vəziyyət bir qədər başqadır. Artıq istintaqın əvvəlində rəsmi nümayəndələrə görə, intiharçının adı aşkar olunmaqla işdə əli olmaqda şübhəli bilinənlər tutulub. Ümid var ki, bununla hadisə tam açıla bilər və işdəki təşkilatçlılar da tapılacaq",- deputat Rozuvan bildirib.

Hələlik isə Rusiyada nəqliyyatda təhlükəsizliyin ciddiləşdirilməsi planlaşdırılır. Bu işə nəzarət edəcək xüsusi vəzifə də yaradılıb, bu daxili işlər nazirinin nəqliyyatdakı təhlükəsizlik üzrə müavini olacaq.
 
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.