Dünya

Misir müxalifətinin məşhur lideri həbs edildi - VİDEO

28 Yanvar 2011 16:24
Baxış: 234
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı İnternethaber.com-a istinadən xəbər verir ki, məlumatı "Əl Cəzirə" telekanalı yayıb. Məlumata görə, bu günə müxalifətçilərin "Cümə qəzəbi" adlandırdıqları etiraz aksiyaları gözlənildiyindən, polislə nümayişçilər arasında toqquşmalar başlayıb. Polis əməkdaşları rezin güllələr və gözyaşardıcı qazdan istifadə edir.

Hüsnü Mübarək hakimiyyəti əleyhinə aksiyalarda iştirak etmək üçün Misirə gedən və keçid hökumətinə başçılıq etməyə hazır olduğunu bildirən Məhəmməd Əl Baradeyi cümə namazından sonra polis tərəfindən saxlanılıb. Misirdə 30 ildir hakimiyyətdə olan Hüsnü Mübarəkin ən güclü rəqibi sayılan Məhəmməd Əl Baradeyi aksiyalardan əvvəl Qahirənin mərkəzindəki meydanlardan birində təxminən 2000 nəfərlə birlikdə namaz qılıb. Polis namazdan sonra aksiyalara qatılmaq istəyən müxalifət lideri və tərəfdarlarına qarşı su şırnaqlarından istifadə edib. Əl Baradeyinin tərəfdarları döyülüblər.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.