Dünya

"Domodedovo" teraktı: "Partlayışı qafqazlı törətməyib" - FOTO

26 Yanvar 2011 12:13
Baxış: 155
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Komsomolskaya Pravda"ya istinadən bildirir ki, Moskvadakı "Domodedovo" beynəlxalq hava limanında terror aktını törətmiş insanın kimliyi barədə müxtəlif fərziyyələr var.
Belə ki, partlayışın yaxınlığında olmuş Sergey adlı şəxsin dediyinə görə, terrorçunun yanında durubmuş. Partlayış dalğası onu vurub kənar atdığından, sağ qalıb.

"O, partlayışdan əvvəl qışqırıb adını və yaşını dedi, əslən haradan olduğunu söylədi. Sonra da "İndi hamınız öləcəksiniz!" bağırdı. Bundan sonra gödəkçəsinin yaxasını açaraq qarnına bərkidilmiş bağlıdakı düyməni basdı. Yəqin, elə o bağlı da "şəhid qurşağı" imiş", - Sergey söyləyib.

Qəzet Rusiya Elmlər Akademiyasının Etnologiya və Antropologiya İnstitunun plastik rekonstruksiya laboratoriyasına müraciət edərək, terrorçunun zahiri görünüşünün bərpa olunmasında yardım etmələrini xahiş edib.

Daha bir "fotorobot"u isə "D3 Media Group" dizayn şirkəti hazırlayıb.
"Hadisə yerində tapılmış kəsin başa əsasən terrorçunun ilkin görünüşünü bərpa etmək mümkün deyil. Bunu yalnız əlimizdə kəllə olarsa, edə bilərik. Fotoda isə terrorçunun milli mənsubluğunu belə, təyin etmək çətindir. Çünki foto çox pis keyfiyyətdədir", - laboratoriyanın rəhbəri, elmlər namizədi Tatyana Baluyeva deyib.
Onun fikrincə, terrorçu avropoid irqinə məxsusdur və qafqazlı deyil.

Terrorçunun partlayışdan əvvəl qışqıraraq adını çıkməsinə gəldikdə isə, Rusiyanın "Vityaz" antiterror taqımının banisi, Rusiya Qəhrəmanı Sergey Lısyuk hesab edir ki, terror aktlarına uzun-uzadı hazırlaşırlar.

"Bilirsinizmi, "canlı bomba"lar yalnız özlərini və ətrafdakıları insanları necə partladacaqları barədə fikirlə yaşayırlar. Onlar həmin an necə davranacaqlarını da götür-qoy edirlər.
Partlayış zamanı qışqırıq isə terrorçunun həyatına "gözəl nöqtə" qoymaq istəyidir.

Ekspertlərin fikrincə, terrorçu 35-40 yaşlı olub.

"Vedomosti" isə bildirir ki, partladıcı qurğu "canlı bomba"nın belinə bərkitdiyi "qurşaq"da olub.
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) partlayışda Dağıstan və Stavropol ərazisində fəaliyyət göstərən "Noqay cəmaatı" adlı radikal qruplaşmanın əli olub-olmadığını yoxlayır.

Tural
Milli.Az




































Foto: KP, RİA Novosti

Medvedev və Putin qisas alacaqlar
Aeroportları qorumaq mümkündürmü?
Bütün Qafqazın şeyxi Rusiya xalqına başsağlığı verib
"Domodedovo"da partlayış: 35 ölü, 180 yaralı - YENİLƏNİR-VİDEO-FOTO
Moskvada matəm elan olundu
Bakı hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib
ABŞ aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib
Aleksey Vlasov: "Rusiya və Moskva terror təhlükəsi altındadır"
"Domodedovo" hava limanında partlayış - FOTOSESSİYA
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib
Dünya liderləri Rusiyaya başsağlığı verir
Gürcüstan XİN Moskvadakı partlayışla bağlı bəyanat yaydı
"Domodedovo" hava limanındakı partlayış anının videosu yayıldı - VİDEO
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.