Dünya

Almaniyada dəmiryol işçilərinin 6 günlük tətili başladı

4 May 2015 15:40
0 Şərh     Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Almaniyada dəmiryol nəqliyyatı işçilərinin 6 günlük tətili başlayıb

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu, yeni tariflə bağlı "Deutsche Bahn" konserni ilə danışıqların müsbət nəticələnməməsi ilə əlaqədardır.

GDL maşinistlərin həmkarlar ittifaqı bütün işçilərin məvacibinin 5 faiz artırılmasını, iş həftəsinin 1 saat azaldılmasını tələb edir.

"Deutsche Bahn" isə iyulun 1-dən məvacibin 4,7 faiz artırılmasını, eləcə də işçilərə iyunun 30-dək min avro həcmində birdəfəlik mükafatın ödənilməsini təklif edir. Maşinistlərin tarif səbəbində ixtisarı da mübahisə mövzusuna çevrilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.