Dünya

Milyonları ağladan filmin rejissoru vəfat etdi

4 May 2015 10:21
0 Şərh     Baxış: 3 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gürcüstanın Mədəniyyət Nazirliyi xəbər verib ki, gürcü kinorejissoru, SSRİ xalq artisti və Gürcüstanın xalq artisti Rezo Çxeidze Gürcüstanda 89 yaşında vəfat edib.

Milli.Az bildirir ki, Çxeidzenin ən məşhur filmi 1964-cü ildə çəkilmiş "Əsgər atası" olub.

1956-cı ildə Çxeidze kinorejissor Tengiz Abuladze ilə birgə çəkdiyi "Maqdananın eşşəyi" filminə görə Kann beynəlxalq kino festivalında "Qızıl palma budağına" və Edinburq beynəlxalq kino festivalının Birinci mükafatına layiq görülüb.

Çxeidze həmçinin "Şitillər", "İsanın qəbrindən şam", "Burada sübh çağıdır" kimi filmlərin müəllifidir.

Rezo Çxeidze 1926-cı il dekabrın 8-də Kutaisi şəhərində, 1937-ci ildə güllələnmiş yazıçı və ictimai xadim David Çxeidzenin ailəsində doğulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.