Dünya

Komendant saatı ləğv olundu

4 May 2015 09:27
0 Şərh     Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baltimor meri göstərdikləri səbrə görə sakinlərə təşəkkür edib

Amerika Birləşmiş Ştatlarının Baltimor şəhərində yerli rəhbərlik komendant saatını ləğv edib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, ötən həftə şəhər sakini qaradərili Fredi Qreyin polis zorakılığı nəticəsində öldürülməsi ilə əlaqədar hökumətə qarşı irimiqyaslı etiraz aksiyası baş qaldırmışdı. Fəallar Qreyin ölümünə səbəb olan polislərin həbs olunmasını tələb edirdilər.

Baltimor prokurorluğu zorakılıqda ittiham olunan polislərə qarşı məkhəmə prosesi başladıb.

Prokurorluğun bu addımı gərginliyin nisbətən azalmasına səbəb olub.

Baltimor meri komendant saatı zamanı göstərdikləri səbrə görə sakinlərə təşəkkür edib.

Fredi Qrey aprelin 19-unda polis tərəfindən saxlanıldıqdan sonra polis avtomobilində boynundan zədə alıb. Həmin zədə onun ölümünə səbəb olub.

Təqsirləri sübuta yetiriləcəyi təqdirdə ittiham olunan polislərdən birini 30 ilə qədər, digərlərini isə daha az azadlıqdan məhrumetmə cəzası gözləyir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.