Dünya

AST Telman: "Məni Türkiyədən çıxartmaq istəyirlər"

31 Mart 2015 12:53
0 Şərh     Baxış: 2 107
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

""Mardan-Palas"ın sahibi mən deyiləm"

Azərbaycanlı iş adamı, hazırda Türkiyədə yaşayan Telman İsmayılov Antalyadakı "Mardan-Palas" otelinin satılması xəbərinə münasibət bildirib.

Aznews.az xəbər verir ki, AST Telman kimi tanınan iş adamı jurnalist Eynulla Fətullayevlə müsahibəsində məlumatın yanlış olduğunu bildirib.

O, deyib ki, 1.4 milyard dollara başa gələn otel əslində özünə məxsus deyil. "Otelin əsl sahibi nəvəm Telmandır və oteli satmaq da yalnız onun səlahiyyətinə daxildir. Ancaq əsl həqiqət isə budur ki, Türkiyədə bir qrup insan var ki, haqqımda dezinformasiyalar yayırlar. Onlar məni bu ölkədən çıxartmaq istəyirlər. Mənim bu oteli satmaq fikrim yoxdur. Mənim Türkiyədə, prezident Ərdoğan da daxil olmaqla heç kəslə problemin yoxdur. Ərdoğan bir vaxtlar məni şər qüvvələrdən qoruyub. Türkiyədə mənə qarşı yönələn qüvvələrin adlarını çəksəm, bu, beynəlxalq qalmaqala səbəb ola bilər. Mən İsrail vətəndaşıyam. İsveç, İtaliya, Pribaltika və digər ölkələrdə biznesim var", - deyə Telman İsmayılov bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.