Dünya

Zorlanan gənc baş kəsdi

27 Fevral 2015 19:20
0 Şərh     Baxış: 5 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Samsun şəhərində gənc tanışının başını dönər bıçağı ilə kəsib

Milli.Az bildirir ki, anspress-in məlumatına görə, qanlı hadisə intiqam almaq məqsədilə törədilib.

19 yaşlı S.A. tanışı 28 yaşlı G.Ö.-nun boğazını kəsdiyi üçün saxlanılıb. O, polisə verdiyi ifadədə bildirib ki, G.Ö. 6 ildir onu zorlayır. Gənc ifadəsində bildirib ki, tanışı ilə cinsi əlaqədə olmaq istəmədiyini dedikdə isə onu döyürmüş. Bu barədə hüquq-mühafizə orqanlarına desə, ona və ailəsinə pislik edəcəyi ilə təhdid edirmiş.

Uzun müddət təhqirlərdən və cinsi təcavüzdən bezən S.A. dönərxanadan götürdüyü bıçaqla tanışının boğazını kəsib. Daha sonra polisə təslim olub.

Məhkəmənin qərarı ilə 15 il həbs cəzası alan S.A. həbsxanaya göndərilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ