Dünya

Həbsxanada ölü tapılan Nazarbayevin keçmiş kürəkəninin ekspertizası açıqlandı

27 Fevral 2015 19:00
0 Şərh     Baxış: 1 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev üzərində aparılan ekspertizanın nəticələrinin bir qismi açıqlanıb

Milli.Az bildirir ki, qafqazinfo The Telegraph-a istinadən xəbər verir ki, Avstriya prokurorluğu mərhumun mədəsindən xeyli sayda "barbitur ates" preparatı aşkarlayıb. Bu preparat (depressiya, yuxusuzluq zamanı istifadə olunur) ölkə ərazisində istifadə qadağan olunub. Cinayətin müəmmalı tərəfi ondan ibarətdir ki, güclü effektə malik "barbiturates"in həbsxanada Rahat Əliyevin əlinə necə keçməsidir.
 

Prokurorluqdan verilən məlumata görə, sözügedən preparatların mərhuma həkimlər tərəfindən verildiyi güman edilir. İstintaq davam edir. Ekspertizanın nəticələri barədə daha ətraflı məlumat veriləcəyi qeyd olunub.
 

Qeyd edək ki, Rahat Əliyev Avstriyadakı Vyana həbsxanasında ölü tapılmışdı, intihar etdiyi açıqlanmışdı.
 

Xatırladaq ki, əvvəl Rahat Əliyev Qazaxıstanın Avstriyadakı səfiri olmuş, 2007-ci ildə ona qarşı iki bankirin öldürülməsi ilə bağlı məhkəmə işi açılmışdı. 2013-ci ilin iyun ayında Avstriya polisinə təslim olmuşdu. Qazaxıstan məhkəməsi Rahat Əliyevi 40 illik həbs etmiş, 2008-ci ildə onu hakimiyyət çevrilişinə cəhddə ittiham etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.