Dünya

Türkiyədə müxalifət partiyasından seksual namizəd - FOTO

27 Fevral 2015 10:18
0 Şərh     Baxış: 2 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, İstanbul üzrə millət vəkili ola bilər

Türkiyədə bu il iyunun 7-də keçiriləcək parlament seçkisində iştirak edən namizədlər arasında təəccübləndirici adlar daha da çoxalır.

Anspress-in məlumatına görə, ötən həftənin çərşənbə axşamı günündən etibarən başlayan və martın 1-də yekunlaşdırılması planlaşdırılan millət vəkilliyinə namizədliyə müraciətlər davam edir.

Türkiyənin ana müxalifət partiyası hesab edilən Cümhuriyyət Xalq partiyası (CHP) tərəfindən 520 rəsmi müraciət qeydə alınıb. Müraciət edənlər arasında məşhur simaların da adları yer alır.

Onlardan biri də məşhur model və seksual aktrisa Tuğba Özaydır. Onun İstanbulun 1-ci bölgəsində namizədlik üçün müraciət etdiyi bildirilir.

Bundan başqa, parlament seçkisində CHP-nin İstanbul bələdiyyə sədri namizədi olan Mustafa Sarıgülün isə bu gün müraciət edəcəyi gözlənilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.