Dünya

Qərbin Şərq terapiyasına ehtiyacı var

14 Yanvar 2015 21:37
0 Şərh     Baxış: 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qərb həmişə dünyaya, xüsusən də müsəlman Şərqinə demokratiya, söz azadlığı, mərifət və mədəniyyət dərsi verməyə çalışır. Hər imkan düşdükdə də özünun zirvədə, İslam dövlətlərinin isə ondan xeyli aşağıda qərarlaşdığını sübuta yetirməyə cəhd edir. Amma real hadisələr göstərir ki, nəzəriyyə ilə praktika bir birindən çox fərqlidir. Buna daha bir sübut isə bu günlərdə meydana gəlib.

Fransada yanvarın 7-də "Charlie Hebdo" satirik jurnalına silahlı basqını təqdirəlayiq saydıqları üçün bir nəfər 4 il, bir nəfər isə 10 ay həbs ediliblər. Özü də nəzərə almaq lazımdır ki, bu "rəğbəti" məhkum edilənlər əsəbi halda, bəlkə də heç tam ciddiyyətlə dilə gətirməyiblər. Amma elə bu da kifayət edib. Göründüyü kimi, istintaq və məhkəmə dinləmələri üçün hətta 1 həftə də tələb edilməyib. Yəqin ki, müsəlmanlara olan nifrət öz sözünü deyib. Hərçənd, təəccüblənməyə bəlkə də əsas yoxdur. Bir ölkədə ki Holokostu və qondarma "erməni soyqırımı"nı şübhə altına alanı zindana atırlar, hansı demokratiyadan, hansı söz azadlığından danışmaq olar? Görəsən müsəlman Şərqin hansı ölkəsində belə "demokratiya" mövcuddur? Onda gərək elə Azərbaycanda əsəbi halda övladına "öldürəcəm səni" deyən bütün valideynləri qətlə cəhd maddəsi ilə zindana atsınlar ki!

Deyəsən, axı qoca Qərb lap əldən düşüb, hətta deyərdik ki, marazm xəstəliyi onu ağuşuna alıb. Bəlkə zamanın çarxının əksinə fırlanmaq zamanı yetişib? Yüzilliklər öncə olduğu kimi avropalıların yenə də müsəlmanlardan dərs almağa ehtiyacları var və Qərblə Şərq yerlərini dəyişməlidirlər? Amma bu dəfə fənnlər fərqli olacaq. Qərbin astronomiya, cəbr və həndəsə deyil, mənəviyyat, mədəniyyət və insanlıq dərslərinə ehtiyacı var.

İslam.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.