Dünya

Paris hücumunda əli olan şəxs saxlanıldı

14 Yanvar 2015 09:21
0 Şərh     Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlumata görə, Bolqarıstan polisi şübhəlini Türkiyəyə keçmək istəyən zamanı həbs edib

Bolqarıstanın Xaskovo şəhərində Fransanın paytaxtı Parisdə törədilən terror aktında əli olduğu bilinən şəxs saxlanılıb.

Anspress-in məlumatına görə, Bolqarıstan polisi şübhəlini Türkiyəyə keçmək istəyən zamanı həbs edib.

29 yaşlı Yoahim Fritz-Coli adlı şəxs Fransa vətəndaşıdır. Bolqar məhkəməsinin onun ölkəsinə ekstradisiya olunmasına dair qərar qəbul edəcəyi gözlənilir.

Şübhəli şəxs, eyni zamanda, 3 yaşlı oğlunu oğurlayaraq ölkə xaricinə çıxarmaqda ittiham olunur. Şübhəlinin "Charlie Hebdo" jurnalına hücum edən Şərif Kuaşi ilə əlaqəsi olmasına dair iddialar da ortaya atılıb.

Fransa polisi bir qədər əvvəl terror aktları zamanı istifadə olunan silahların xarici ölkədən gətirildiyini bəyan etmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.