Dünya

Dünya liderləri Parisə toplaşır

10 Yanvar 2015 17:35
0 Şərh     Baxış: 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sabah Parisdə dünya liderlərinin iştirakı ilə birlik marşı keçiriləcək.

APA-nın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə Rusiyanı xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Birlik marşında həmçinin Türkiyə baş naziri Əhməd Davudoğlu, Ukrayna prezidenti Pyotr Poroşenko, Böyük Britaniya baş naziri Devid Kemeron və İtaliya baş naziri Matteo Renzi iştirak edəcəklər.

Qeyd edək ki, "Respublika marşı" bu ilin yanvarın 7-9-da Fransada baş vermiş terror aktları qurbanlarının xatirəsinə həsr olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.