Dünya

Cənubi Koreyada dəhşətli yanğın: ölənlər və xeyli sayda yaralılar var

10 Yanvar 2015 11:31
0 Şərh     Baxış: 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyada yaşayış evində baş vermiş yanğın nəticəsində 3 nəfər ölüb, 101 nəfər xəsarət alıb

APA-nın "The Korea Herald" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə bu gün Iyconbu şəhərində baş verib.

İlkin məlumatlara görə, yanğına səbəb poçt qutusunun alışması olub. Alovun miqyası genişləndiyindən binaya əsas giriş bağlanıb. Bu üzdən yanğınsöndürənlər insanları helikopterlərlə damdakı çıxış vasitəsi ilə təxliyyə ediblər.

Yanğının söndürülməsinə 25 yanğınsönürən briqada cəlb olunub. Əməliyyat bir neçə saat davam edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.