Dünya

Terrorun dini yoxdur

10 Yanvar 2015 10:02
0 Şərh     Baxış: 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT Baş katibi terrorçuların heç bir dinə sahib olmadığını bildirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Pan Gi Mun Fransada terrorçuların məhv edilməsi xəbərini eşitdikdə rahat olduğunu dilə gətirib.

Anspress-in məlumatına görə, BMT Baş katibi Pan Gi Mun cinayətkarların, terrorçuların heç bir dinə sahib olmadığını bildirib.

Pan Gi Mun bəyan edib ki, Fransada baş verən cinayət hadisəsi əsil terror aktıdır. Lakin bunun dinlə heç bir əlaqəsi yoxdur. BMT Baş katibi bundan əvvəl verdiyi açıqlamada terrorçuların yaxalanaraq insanlıq adına ədalətə təslim edilməsinin vacibliyini vurğulamışdı.

Pan Gi Mun hamını dini dözümlük göstərməyə çağırıb: "Əminəm ki, belə qaranlıq bir vaxtda Fransada azadlıq və tolerantlıq işığı yanmağa davam edəcək".

Sonda Pan Gi Mun Fransanın BMT missiyasına başsağlığını çatdırıb.

Qeyd edək ki, terrorçular Dammarten şəhərində təhlükəsizlik orqanlarının həmləsi nəticəsində öldürülüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.