Dünya belə boşanma görməmişdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın və dünyanın ən zəngin iş adamlarından biri, neft maqnatı Harold Hemm arvadını itirsə də, dünyanın ən bahalı boşanmasını gerçəkləşdirmiş adam kimi tarixə düşəcək.
Oklahoma ştatının məhkəməsinin qərarı ilə multimilyarder ondan boşanan arvadı Syu Enn Arnalla 995,5 milyon dollar məbləğində təzminat ödəməlidir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Continental Resources" neft-qaz korporasiyasının banisi və sahibi, dünyanın ən varlı adamlarından birinin arvadına ödəməli olduğu 995,5 milyon dolların 1/3 hissəsi ötən ilin sonunadək Syu Enn Arnalla çatmalıydı. Hemm yerdə qalan məbləği ayda ən azı 7 milyon dollar olmaqla ödəməlidir.
Hemmin məbləği vaxtında ödəyəcəyinə əmin olmaq üçün məhkəmə "Continental Resources" korporasiyasının 200 milyon dollarlıq səhmlərini girov götürüb.
İxtisasca hüquqşünas və iqtisadçı olan Syu Enn Ernall ötənlərdə "Continental Resources"un rəhbərlərindən biri idi.
2012-ci ildə Harold Hemmin ona xəyanət etdiyini aşkarlayan Syu Enn Arnall o vaxtdan bəri təzminat qismində 25 milyon dollar alıb.
Dünən Harold Hemmin vəkilləri apellyasiya iddiası qaldırıblar və təzminatın məbləğini azaltmağa çalışıblar.
Lakin Syu Enn Arnall ərinin ona ünvanladığı $ 974800000 dollarlıq bank çekindən imtina edib.
O, vəkillərinə yeni prosesə başlamağı tapşırıb.
Xəyanətə məruz qalan və boşanan Syu Enn Arnall indi ərindən təzminat qismində 18 milyard dollar tələb edir.
Boşanma prosesi əsnasında Syu Enn ərindən Kaliforniyada yerləşən 14,7 milyon dollarlıq rançonu, habelə Oklahomada olan 4,6 milyon və 800 min dollarlıq iki villanı alıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.












DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Mançester Yunayted” 6 futbolçu ilə vidalaşdı - Rəsmi
-
Ramiz Mehdiyevlə bağlı yeni qərar
-
Bakıda piyada son anda ölümdən döndü - ANBAAN VİDEO
-
Vəkilin oğlu faciəvi şəkildə öldü
-
Ölkədə sosial şəbəkələrdə yaş yoxlaması sərtləşdirilir
-
Eşşək dişləməsi insan ölümünə səbəb ola bilərmi? - ARAŞDIRMA
-
İranda 20 min insan susuz qaldı
-
Əməkdar artist: "Bizdə qadınların işləmə söhbəti olmayıb, "köhnə adamlarıq"”
-
“Fundament möhkəm olmalıdır” - Emin Əmrullayev
-
Nəsimi rayonunun bir sıra küçələrində qaz kəsiləcək
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Bayram günlərində qatarlar şənbə-bazar qrafiki ilə işləyəcək
-
Müğənni Ayaz: “Atam məni belə vurmayıb” - VİDEO
-
Hacıqabulda açıq ərazidə yanğın - VİDEO - YENİLƏNİB
-
Havaların soyuq keçmə səbəbi bilindi
-
“Real” 60 milyona müdafiəçi alır
-
Fədayə Laçının rus dili "imtahan"ı - VİDEO
-
Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Bu yay məktəblilər üçün ödənişsiz düşərgələr yaradılacaq?
-
“Azərlotereya” ilə möhtəşəm əyləncə geri qayıdır!
-
Afət həmkarı ilə qırğına çıxdı: ""YouTube" kanalını bağlatdıracağam"
-
Erkən yaşda sosial şəbəkələrə çıxışla bağlı ciddi xəbərdarlıq
-
Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır
-
Acun gündəm olan balaca azarkeşi sevindirdi - VİDEO





