Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ərəb baharı" orada başladı və orada də sona çatdı
29 Dekabr 2014 21:38
0 Şərh
Baxış: 2 007
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
4 ildə 4 ölkədə dəyişikliyə səbəb olan "ərəb inqilabları"nda geri dönüşün səbəbləri
Tunisdə inqilab rəsmən başa çatdı. Dekabrın 21-də keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrinə əsasən, inqilab zamanı devrilmiş Zeynəlabidin Bin Əlinin hakimiyyəti illərində parlament sədri olmuş Beci Qaid əs-Sibsi ölkənin yeni prezidenti seçilib. Nida Tunis Partiyasının sədri 55,85 faiz səs qazanıb. Onun rəqibi, hazırkı prezident Munsif Mərzuki 44,32 faiz səs ala bilib. Mərzuki inqilabdan sonra ölkədə əsas siyasi qüvvəyə çevrilmiş "ən-Nahda" Hərəkatının təmsilçisi idi.
88 yaşlı Beci Qaid əs-Səbsi liberal siyasətçidir, müxtəlif illərdə daxili işlər naziri, müdafiə naziri, xarici işlər naziri, parlament sədri, baş nazir postlarını tutub. 1926-cı il noyabrın 26-da anadan olan yeni prezident Parisdə hüquq təhsili alıb. 1950-ci illərdə Tunis milli azadlıq hərəkatının öncül şəxslərindən biri kimi məşhurlaşıb.
Tunis "ərəb baharı"nın ilk ölkəsidir. 2010-cu ilin dekabrın 15-də Tunisdə küçə satıcısı Məhəmməd Buəzizinin hökumət məmurlarına etiraz olaraq özünü yandırmasından sonra xalq küçələrə çıxıb etiraz aksiyaları keçirib və böyüyən etirazlar 2011-ci ilin əvvəlində 23 il Tunisi idarə eləmiş Zeynəlabidin Bin Əlinin istefa verərək qaçması ilə nəticələnib. Tunisdə başlayan "Yasəmən inqilabı" tezliklə Liviya, Misir, Yəmən və bütövlükdə bütün ərəb coğrafiyasına yayıldı. Ancaq yalnız adları qeyd olunan 4 ölkədə hakimiyyət dəyişikliyi baş verdi. Ümumiyyətlə isə ekspertlər "ərəb baharı" adlanan inqilab dalğasının ərəb coğrafiyasında böyük bir dəyişikliyin əsasını qoyacağını proqnozlaşdırırdılar.
Ancaq ilk əvvəllər xalq etirazları ilə yadda qalan inqilablar tezliklə müxtəlif ölkələrdə silahlı üsyanlara çevrildi. Liviyada, daha sonra Suriyada isə konkret olaraq Qərb ölkələri və bir sıra ərəb dövlətləri hakimiyyətlərin devrilməsi üçün müxalif silahlı qruplar formalaşdırdı. Bununla da "ərəb baharı" dinc xalq etirazları, inqilab deyil, idarə olunan silahlı çevriliş olaylarına bənzəməyə başladı.
Və bu proses uğursuzluğa düçar oldu. Ərəb dünyası inqilabdan gözlənilən nəticəni əldə edə bilmədi. Hakimiyyətlərin dəyişdiyi ölkələrdə siyasi sabitlik əldə etmək mümkün olmadı, siyasi qüvvələr inqilab baş vermiş ölkələrin gələcəyi ilə bağlı ortaq mövqeyə gələ bilmədi. Üstəlik hakimiyyətə gələn qüvvələr inqilabdan sonrakı dövrdə ciddi dəyişikliyə səbəb ola bilmədilər. Bunun parlaq nümunəsi ərəb dünyasının ən böyük ölkəsi olan Misrdə baş verdi. Misirdə inqilab nəticəsində islamçı "Müsəlman Qardaşlar" hakimiyyətə gəlsə də, onların nümayəndəsi Məhəmməd Mursi cəmi bir il Misiri idarə edə bildi. Yeni hakimiyyətin ölkənin idarəçiliyində ciddi addımlar ata bilməməsi, inqilabdan sonra siyasi-iqtisadi islahatların baş verməməsi fonunda güclənən keçmiş hakimiyyət nümayəndələri güclənərək hərbi çevriliş etdilər. Bununla da Misirdə yenidən Hüsnü Mübarək komandasının hakimiyyəti bərpa olundu. Yəməndə də oxşar hadisə baş verdi. Əli Abdullah Salehin istefasından sonra hakimiyyətə gələn qüvvələr siyasi və iqtisadi islahatlar apara bilmədiyi üçün ölkədə sabitlik əldə etmək mümkün olmadı. Hazırda Yəməndə yeni hökuət formalaşıb, ölkədə "əl-Qaidə" ilə Husi "Ənsarullah" Hərəkatı döyüşçüləri arasında qanlı savaşlar davam edir.
"Ərəb baharı"nın daha bir ölkəsi olan Liviyada isə daxili savaş hələ də davam edir. 2011-ci ilin payızında Müəmmar Qəzzafinin devrilməsindən sonra yeni hökumət formalaşdırılsa da, islamçı qruplaşmalarla dünyəvi-milli qüvvələr arasında döyüşlər hələ də davam edir. Və neft zəngini Liviyada bu prosesin nə zamana qədər cərəyandəcəyi məlum deyil.
Və nəhayət Tunisdə son seçkilər inqilablara başlandığı ölkədəcə nöqtə qoydu. Tunisdə dünyəvi qüvvələr, keçmiş prezident Zeynəlabidin Bin Əlinin komandası seçkiləri qazanaraq hakimiyyətə gəldi. Əslində 4 ölkədə baş verənlərə baxdıqda aydın olur ki, inqilab nəticəsində dağılmış sistemləri formalaşdıra biləcək normal siyasi qüvvələrin olmaması, radikal islamçılara meydan verilməsi son nəticədə sadə xalq arasında inqilaba olan ümidləri azaltdı. Davam edən qanlı savaşlar, qəddar zorakı aktlar yekunda insanları "iki pisin içərisindən nisbətən yaxşını seçməyə" vadar etdi. Qeyri-demokratik və avtoritar olsa da, keçmiş rejimlərin qalıqları ölkəyə sabitlik və müəyyən mənada azadlıq vəd edir. Hansı ki, 4 ildəki nümunələr bunu verə bilmirdi. Bu səbəbdən də inqilab ölkələrində geriyə dönüş sürətli oldu.
islam.az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşar makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi