Dünya

Bayramda ailə faciəsi - FOTO

27 Dekabr 2014 11:52
0 Şərh     Baxış: 1 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İnrgiltərənin cənubundakı Qərbi Susseks qraflığında, Billinqhörst şəhərində ailə faciəsi yaşanıb.

Cen Culia Tşabalalalar Milad bayramı günü bayram yeməyindən sonra intihar ediblər.
 

Onların əlil övladları evdə yoxdular: uşaqlar Cenin qardaşının evində qonaqdılar.

Qonşuların çağırdıqları polis hadisə yerinə gələndən sonra intihar faktını təsdiqləyib.
 

"Onların övladlarının böyüyü Serena serebral iflic xəstəsidir, qızın kiçik qardaşında isə qavrayış çətinlikləri var. Çox yaxşı, mehriban uşaqlardır. Cen və Culia da xoş insanlardı. Onların niyə intihar etdiklərini anlamırıq", - qonşulardan biri deyib.
 

33 yaşlı Cen və onun xanımı, 30 yaşlı Culianın həyatları ilə könüllü vidalaşmalarının səbəbləri bilinmir.

Qonşuların bəzilərinin dediklərinə görə, ailədə ciddi maliyyə çətinlikləri varmış.
 

Milli.Az 


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.