Dünya

İlin ən qəzəbli Santa Klausu - FOTO

27 Dekabr 2014 11:43
2 Şərh     Baxış: 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanın hüquqları əlindən alınanda, yaşamı dözülməz hala salınanda onun gözünə nə bayram görünər, nə şənlik.

Fələstinlilər üçün bayram ab-havası illər əvvəl yoxa çıxmış bir ünsürdür. Bu il də belədir.
 

Dünya Yeni İlə hazırlaşırsa, Fələstində haqq və hüquqlar uğrunda mübarizə davam edir.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünən Qüds yaxınlığında fələstinlilərlə İsrail hərbçiləri arasında növbəti toqquşma olub.
 

Fələstinlilər arasında birinin əynində Santa Klaus paltarı vardı. Qırmızı geyimli, saqqallı "Santa Klaus" nümayişçiləri rezin güllələr və qaz bombalarına tuş edən israilli hərbçilərə sapandla daş atıb. Daha sonra isə o, gözyaşardıcı qaz qumbarasını israilli hərbçilərin özlərinə tolazlayıb.
 

İsrailli hərbçilərin rezin güllələrdən atəş açması nəticəsində 5 yaşlı Məhəmməd Übeyd həlak olub.
 

Milli.Az 


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.