Dünya

"Ferrari"dən baha velosiped - FOTO

16 Dekabr 2014 09:39
0 Şərh     Baxış: 2 335
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Velosipedin qiyməti 400 min dollar dəyərindədir

İngiltərədə dünyanın ən bahalı velosipedi hazırlanıb.

Anspress-in məlumatına görə, İngiltərədə əşyaları lüks formada bəzəməsi ilə məşhur olan "Goldgenie" şirkəti daha bir yeniliyə imza atıb. Şirkət əsas hissəsi 24 əyar qızıldan ibarət velosiped hazırlayıb.

Kişilər üçün nəzərdə tutulan dağ velosipedinin qiyməti 400 min dollar dəyərindədir. Velospiedin sükan hissəsindən tutmuş hərəkətedici hissəsi olan zəncirlər və pedalları da qızılla təchiz olunub.

İngiltərənin "Daily Mail" qəzeti sözügedən velosiped haqqında xəbəri "Ferraridən bahalı velosiped" olaraq təqdim edib və artıq şirkətə onlarla sifariş qəbul olub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.