"Ərəb baharı"ndan "sağ çıxan" yeganə ölkə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tunisin yeni qanunlarına görə, ölkə prezidenti seçkilərdə qələbə çalmış partiyanın liderinə hökuməti qurmaq mandatı verəcək. Ancaq 217 yerlik parlamentdə 83 mandat alan "Nida" Partiyasının təkbaşına hökumət qurması mümkün deyil, çox güman ki, parlament koalisiyası qurulacaq.
Qeyd edək ki, hazırda bütün dünyanın siyasi mərkəzlərinin diqqətini çəkən mövzu Tunisdə seçkilərin nəticələri və islamçıların məğlubiyyəti idi. Çünki hesab olunurdu ki, Tunisdə əsas siyasi qüvvə məhz mülayim islamçıların "Nahda" hərəkatıdır. Yeri gəlmişkən, 2011-ci il oktyabrın 23-də Tunisdə "Qurucu Məclis"ə keçirilən seçkilərdə mülayim islamçı "Nahda" hərəkatı qələbə qazanıb. "Nahda" Tunisin ən uzunömürlü siyasi təşkilatı hesab olunur, hərəkatın lideri Rəşid Qannuşi 1990-cı ildən 2011-ci ilə qədər Londonda mühacirət həyatı yaşayıb. Ancaq inqilabdan və bin Əlinin Tunisdən qaçmasından sonra ölkənin zəngin siyasi palitrasında ən qabarıq xətt "Nahda" oldu. Eyni zamanda Tunisdə digər inqilab baş verən ölkələrdən fərqli olaraq siyasi institutlar Zeynalabidin bin Əlinin zamanında da mövcud idi. Bu səbəbdən də inqilabdan sonra bu ölkədə siyasi qüvvələr tez bir zamanda ölkə həyatında mühüm yer tutdular. Bundan başqa Tunisdə siyasi sistem olaraq Türkiyə modeli götürüldü və ölkədə parlament respublikası üsul-idarəsi formalaşdırılması istiqamətində addımlar atıldı.
Bunu parlament seçkilərinin nəticəsində mandat alan partiyaların sayı da göstərir. Belə ki seçkilər nəticəsində 16 siyasi partiya və birlik parlamentə seçilib. Bunlar: Azad Milli Birlik Partiyası (17 mandat), Xalq Cəbhəsi (12 mandat), Afak hərəkatı (9 mandat), Demokratik Düşüncə (5 mandat), Cümhuriyyət üçün Konqres (4 mandat), "əl-Mubadəra" (4 mandat), Xalq Hərəkatı (2 mandat), Azadlıq Üçün Demokratiya Birliyi Partiyası (2 mandat) və digər daha bir neçə partiya və birlikdir.
Bir sıra müşahidəçilərə görə, Tunisdə digər "ərəb baharı" ölkələrindən fərqli olaraq qanlı hadisələrin baş verməməsi, üstəlik radikal siyasi islamın meydana çıxmaması və nəhayət normal demokratik seçkilər nəticəsində dinçi deyil, dünyəvi partiyanın qalib gəlməsinin arxasında bir sıra səbəblər dayanır. İlk növbədə Tunisin strateji olaraq çox mühüm əhəmiyyət daşımaması, zəngin enerji ehtiyatlarına malik olmaması, Avropaya yaxın (Aralıq dənizi üzərindən İtaliyaya məsafə xeyli yaxındır - red.) olması və bu səbəbdən xarici güclərin Tunisdə maraq toqquşmasının o qədər də ciddi olmaması. İkinci mühüm məqam mülayim islamçı "Nahda" hərəkatının sayəsində ölkədə radikal islamçılar ayaq aça bilmədilər. Mövcud olan radikal islamçılar isə Tunisdə dayaq tapa bilmədilər və bu səbəbdən də digər ərəb ölkələrindəki münaqişələrə qatıldılar. Məhz "Nahda" və onun lideri Qannuşinin sayəsində Tunisdə radikal qüvvələr meydan sulaya bilmədi. Və nəhayət, üçüncü. Tunis indiki halına görə, həm də bin Əliyə borcludur. Hər nə qədər diktator hakimiyyəti zorla əlində saxlasa da, bin Əli ölkədə siyasi sistemi, partiyaları Liviyada və ya Misirdə olduğu kimi tamamilə əzməmişdi. Ölkədə sol siyasi qüvvələr, oturuşmuş partiyalar vardı. Məhz bu partiyaların sayəsində Tunisi müəyyən mənada anarxiyadan, qanlı daxili müharibələrdən qorumaq mümkün oldu.
Əlbəttə, inqilabdan sonra normal siyasi sistemin qurulması, sabit inkişaf yoluna keçid heç də asan olmur, bu yolu tapan ölkələrin özündə belə proses uzun zaman alır. Ancaq mühüm olan sabit inkişaf yolunun tapılmasıdır. Tunis isə, görünən odur ki, bu yolu tapa bildi.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye





