AzərTAc yazır ki, hər il yüz minlərlə erməni iş axtarmaq bəhanəsi ilə xarici ölkələrə, o cümlədən Rusiyaya üz tutur. Onların əksəriyyəti çox keçmədən getdikləri ölkənin qanunlarını və miqrasiya qaydalarını pozur, cinayətkar qruplar yaradaraq qərət və oğurluqla məşğul olur, müxtəlif ağır cinayətlər törədir, yerli əhalini qorxu altında saxlayır. Buna görə də Rusiya dövləti onlara qarşı sərt tədbirlərə əl atmağa məcbur olur.
Ermənilərin daha çox üz tutduğu Rusiya tərəfi 2014-cü ilin oktyabr ayına qədər olan dövrdə 30 mindən artıq erməninin ölkəyə gəlişinə qadağa qoyub.
Ermənistanın miqrasiya xidmətinin rəhbəri Qagik Yeqanyan Parisdə nəşr olunan "Ermənistan xəbərləri" jurnalına müsahibəsində etiraf edib ki, Rusiyaya gedən ermənilərin əksəriyyəti ölkənin miqrasiya qaydalarını pozur və qruplar yaradaraq cinayətkarlıqla məşğul olurlar. Buna görə də hər il on minlərlə erməninin adı qara siyahıya daxil edilir və onların Rusiyaya gəlişinə qadağa qoyulur. Q. Yeqanyan hətta Ermənistanın Avroasiya iqtisadi ittifaqına daxil olmasına baxmayaraq Rusiya tərəfdən ermənilərə qarşı hər hansı güzəşt edilmədiyini bəyan edib.
Ermənistan miqrasiya xidmətinin məlumatına görə, 2013-cü ildə 500 mindən artıq erməninin Rusiyada yaşadığı qeydə alınıb və son 20 ildə yüz minlərlə erməni Rusiya vətəndaşlığını qəbul edib. Əlbəttə, bu rəqəm leqal yaşayan erməniləri əhatə edib. Amma qeyri-leqal yaşayan ermənilərin sayı bundan qat-qat artıqdır.
Son iki ayda 2 min erməni Rusiyaya getmək barədə bu ölkənin Yerevandakı səfirliyinə müraciət etsə də, onlardan yalnız 200 nəfəri qara sıyahıdan çıxarılıb.
Rəqəmlərdən də göründüyü kimi, hətta Rusiya bir ittifaqda olduqları erməni qardaşlarına bir o qədər də etibar etmir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Toydan 12 gün sonra "gəlin" ilə bağlı üzə çıxan gerçəklər hamını şoka saldı
- Putin Matviyenkonu təltif etdi
- Ərdoğan: Ermənistana xaricdən qəzəl oxuyanlar... - VİDEO
- İranda prezidentliyə 3 namizəd qeydə alındı
- 63 yaşlı məşhur aktyor dördüncü dəfə evlənir - FOTO
- Türkiyəli tanınmış aktyor vəfat etdi - FOTO
XƏBƏR LENTİ
- İlk dəfə yeni doğulan oğlu ilə FOTO paylaşdı
- Finlandiya Prezidenti COP29-da iştirak edəcək
- Dənizaşırı ölkələrin COP29-da iştirakı ilə bağlı danışıqlar aparılır - Abbas Abbasov
- Coşqun Diniyevin paylaşımı başına BƏLA OLUB - VİDEO
- Toydan 12 gün sonra "gəlin" ilə bağlı üzə çıxan gerçəklər hamını şoka saldı
- Finlandiyanın dövlət başçısı İlham Əliyevə zəng edib
- Pakistan Baş naziri Ceyhun Bayramovu qəbul edib
- Putin Matviyenkonu təltif etdi
- Ən yaxşı xasiyyətli bürclər - Hamı onları sevir
- Ərdoğan: Ermənistana xaricdən qəzəl oxuyanlar... - VİDEO
- Tunar Rəhman xanımı Ülviyyə ilə - VİDEO
- İranda prezidentliyə 3 namizəd qeydə alındı
- Bakıda təhlükə saçan lüks avtomobilin sürücüsü ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
- İlham Əliyevə təbriklər gəlməkdə davam edir
- Azərbaycanın Açıq Büdcə İndeksində mühüm irəliləyişi ardıcıl fəaliyyətin nəticəsidir - İnqilab Əhmədov
- Xarici qonaqlar Zəngilanda bərpa işləri ilə tanış olublar - FOTO
- 63 yaşlı məşhur aktyor dördüncü dəfə evlənir - FOTO
- Peter Stano Bakıya maskalı üzünü tutdu
- Aİ-dən 150-dən çox ailəyə hörmətsizlik - əfv sərəncamına kölgə salmaq cəhdi
- Yuxuda yolunu azmaq nə deməkdir?
- Çempionda ilk ayrılıq
- Malakan bağı belə abadlaşdırılır - Yeni FOTOlar
- Əməkdar və Xalq artistləri hər ay nə qədər təqaüd alır?
- Dövlət Uşaq Filarmoniyasında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd olundu - FOTO