Dünya

İran Ebola virusu ilə mübarizə üçün xüsusi tədbirlər görür

17 Oktyabr 2014 15:37
0 Şərh     Baxış: 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Ebola virusu ilə mübarizə məqsədilə xüsusi tədbirlər hazırlayıb

Trend-in İSNA-ya istinadən verdiyi xəbərə görə, bunu İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər İdarəsinin rəis müavini Mahmud Nəbəvi deyib.

Onun sözlərinə görə, ölkənin iki böyük hava limanında Afrika və Ebola virusunun aşkar olunduğu digər ölkələrin vətəndaşlarını müayinə etmək məqsədilə xüsusi təyinatlı tibb mərkəzləri fəaliyyətə başlayıb.

M.Nəbəvi deyib ki, bütün sərhəd-keçid məntəqələrində ölkəyə gələn vətəndaşlara təlimatlar verilir və müayinə olunurlar.

Məlum olduğu kimi, Ebola virusu Qərbi Afrikada - Liberiya, Syerra-Leone, Qvineya, Nigeriya, Konqo və Seneqalda sürətlə yayılır. Yoluxma halları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydə alınıb. Son məlumatlara görə, Ebola virusuna 8914 nəfər yoluxub, onlardan 4447-si ölüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.