Dünya

Ukraynanın yeni müdafiə naziri bəlli oldu

13 Oktyabr 2014 16:52
0 Şərh     Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna prezidenti Petro Poroşenko müdafiə naziri vəzifəsinə yeni namizədi Ali Radaya təqdim edib

APA-nın Ukrayna informasiya agentliklərinə istinadən verdiyi xəbərə görə, P.Poroşenko bu vəzifəyə Milli Qvardiyanın komandanı, general-polkovnik Stepan Poltorakı layiq görüb.

P. Poroşenko S. Poltorak ilə görüşündə onun yüksək təşkilatçılıq qabiliyyətini və hərbçilər arasındakı nüfuzunu qeyd edib:

"Sizin peşəkar və vətənpərvər mövqeyiniz, Milli Qvardiya sistemini faktiki olaraq sıfırdan inkişaf etdirmək üçün atdığınız qətiyyətli addımlar, qoşunlardakı intizam və döyüş ruhu mənim qərarımda əsas rol oynadı. Mən generallarla, batalyon komandirləri ilə, sıravi döyüşçülərlə görüşdüm. Onlarla apardığım söhbətlərdən sonra əmin oldum ki, qərarım doğrudur".

S. Poltorak isə prezidentə təşəkkür edərək belə ağır vaxtda Silahlı Qüvvələrə rəhbərlik etməyin böyük şərəf olduğunu vurğulayıb.

Xatırladaq ki, oktyabrın 12-də Ukraynanın müdafiə naziri Valeri Qeletey istefa verib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.