Dünya

Moskvaya giriş pullu olacaq

25 Sentyabr 2014 14:32
0 Şərh     Baxış: 1 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyanın paytaxt Moskvaya gələn ildən girişi pullu etmək istəyir. Anspress-in məlumatına görə, paytaxt meriyası şəhərə giriş konsepsiyasını hazırlayır. Pilot layihənin gələn ildən start götürəcəyi gözlənilir. İlk olaraq "Moskva-siti" ərazisinə giriş üçün pul alınacaq.

Rusiya KİV-ləri şəhərə pullu giriş ideyasının xarici ekspertlər tərəfindən verildiyini yazır. Mer Sergey Sobyanin hazırda bu təklif üzərində iş getdiyini bildirib. Buna görə də Moskvanın nəqliyyat departamenti paytaxtın əsas nəqliyyat nöqtələrində ödənişli girişin perspektivlərini araşdırır.

2015-ci ildə start veriləcək pilot layihədə ödənişli gediş sistemi, cərimələr və sairə təcrübələrdən çıxarılan nəticələr əsasında Moskvaya ödənişli girişin sxemi hazırlanacaq. Əgər analizlər ödənişli girişin nəqliyyatın vəziyyətini yaxşılaşdırsa, 2016-cı ildən layihəyə davam ediləcək.

Ekspertlər düşünürlər ki, şəhərə girişin ödənişli edilməsi yetərincə çətin prosesdir və buna ən az üç il zaman lazımdır. Və buna Bulvar və Sadovoye Koltsodan başlamaq lazımdır.

Məsələnin siyasi tərəfləri də eksperləri narahat edir. Onlar pullu girişin şəhərin qonaqları kimi, moskvalıların özlərində də etirazına səbəb ola biləcəyini ehtimal edirlər.

Beynəlxalq praktikadan buna misal göstərmək olar. Honkonqda (1983-1985) tətbiq edilmiş pullu giriş sistemi iki ildən sonra ləğv edildi. Analoji hal Şotlandiyanın paytaxtı Edinburqda da (2003-2005) baş verib. İki illik ödənişli girişdən sonra buna son qoyuldu. Hər iki şəhərə ödənişli girişi məhz şəhər hakimiyyəti özü ləğv etmişdi.
Ödənişli giriş sistemi ABŞ və Qərbi Avropanın bir çox şəhərlərində ictimaiyyətin narazılığı ilə qarşılanmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.