Dünya

Xanım deputatlara qadağa

18 Avqust 2014 10:10
0 Şərh     Baxış: 1 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadağanın "qurbanları" bu addımı gülünc qarşılayıblar

Honduraslı xanım millət vəkillərinə tətbiq edilən qadağa etiraza səbəb olub.

Anspress-in məlumatına görə, mərkəzi Amerika ölkələrindən olan Hondurasda hökumət xanım millət vəkillərinə və digər vəzifəlilərə mini-yubka, dar şalvar, sinəsi açıq bluz, şəffaf, eləcə də çox rəngli əlbisələr və dikdaban ayaqqabılar qadağan edilib. Göstərilən bu qadağalar siyahısı xanım millət vəkillərini özündən çıxarıb.

Yeni qanun layihəsi sentyabrın 1-dən etibarən tətbiq olunacaq. Ümumilikdə, 128 millət vəkilinin yer aldığı Honduras parlamentində 24 xanım deputat var.

Xanım millət vəkillərindən biri, eyni zamanda keçmiş model olan Kritza Perez hökumətin ölkə problemlərini bir kənara qoyaraq, qadınların necə geyinməsi barədə qərar çıxarmasını gülünc qarşılayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.