Dünya

Həmasla İsrail görüşəcəklər - FOTO

30 İyul 2014 10:12
0 Şərh     Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərəflər atəşkəs razılaşması üçün Qahirədə danışıqlara başlayacaq

İsrailin Qəzza əməliyyatı davam edir.

Anspress-in məlumatına görə, Reuters-in bölgə müxbiri bu səhər baş verən bombardmanda ən azı 21 nəfərin öldüyünü qeyd edir. Buna baxmayaraq İsrailin 2-ci kanalının məlumatına görə, Qahirədə baş tutacaq atəşkəs anlaşması yönündə əsaslı irəliləyiş əldə olunub. Bu gün Fələstin tərəfi atəşkəsin elan olunması ilə əlaqədar danışıqlara qatılmaq üçün Misirin paytaxtına nümayəndə heyəti göndərməlidir.

Qəzzanın Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf Əl-Qidra şərqi Cebalya bölgəsinə atılan bombalar nəticəsində 13 nəfərin öldüyü və çoxlu yaralıların olduğu barədə məlumat yayıb. Onun sözlərinə görə, ölənlər arasında bu dəfə də uşaq və həkim heyəti olub. Bundan əlavə, bombardman nəticəsində Çebalyada beşi bir ailənin üzvü olmaqla daha 8 nəfər həlak olub. Bununla da ümumi ölənlərin sayı, əksəriyyəti dinc əhali olmaqla 1224 nəfərə çatıb. İsrail tərəfindən isə 3-ü mülki şəxs olmaqla 53 nəfər həyatını itirib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.