Dünya

Ukrayndan Rusiyaya təklif

29 İyul 2014 15:08
0 Şərh     Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Naftoqaz Ukrayna" Milli Səhmdar Şirkəti (MSŞ) Rusiyanın "Qazprom" şirkətinə qazın Ukrayna ərazisindən nəqlinə dair müqaviləni yenidən nəzərdən keçirilməsini tələb edən məktub ünvanlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "ICTV" telekanalının efirində "Naftoqaz"ın rəhbəri Andrey Kobolyov bildirib.

"Bu həftə biz tranzit müqaviləsinin dəyişdirilməsi tələbi ilə "Qazprom" ASC-yə məktub yollamışıq. Tranzit müqaviləsinin əsas elementlərindən biri qazın hesablanması metodikasında dəyişikliklərin edilməsi və nəzarət məsələsidir" - deyən A. Kobolyov təkliflərin digər təfərrüatları haqda məlumat verməyib.

"Qazprom" isə hələlik məsələni şərh etməyib.

Qeyd edək ki, iyun ayında "Naftoqaz"ın rəhbəri qazın tranzitinə dair "Qazprom"la müqavilənin yenidən nəzərdə keçirilməsi tələbi ilə Stokholm Arbitraj Məhkəməsinə müraciət ediləcəyini istisna etməmişdi. Ukrayna şirkətinin nümayəndələri həmin vaxt bildirirdilər ki, müqavilədə bir sıra müddəaları yenidən nəzərdən keçirmək istəyirlər, xüsusilə sənədə "hasil et və ya ödə" şərtini daxil etmək niyyətindədirlər.

Həmçinin Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqli üçün qüvvədə olan bu müqavilə Ukrayna şirkətinə virtual revers - "Qazpromun" tranzit tərəfdaşları tərəfindən alınan qazın birbaşa borudan götürülməsini təşkil etməyə imkan vermir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.