Eduard Şevardnadze vəfat etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Trend-in məlumatına E.Şevardnadze 87 yaşında dünyasını dəyişib.
Gürcüstanın sabiq prezidenti, siyasi və dövlət xadimi Eduard Ambrosiyeviç Şevardnadze 1928-ci il yanvarın 25-də Gürcüstan SSR-in Lançxut rayonunun Mamaçi kəndində kənd müəllimi ailəsində anadan olub.
1946-cı ildə texnikumu bitirdikdən dərhal sonra komsomolun rayon komitəsinin şöbə müdiri olub. Daha sonra Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında partiya məktəbinə daxil olub.
1948-ci ildə Şevardnadze Kommunist Partiyasına daxil olub, 1949-51-ci illərdə Gürcüstan KP (b) MK yanında iki illik partiya məktəbinin dinləyicisi olub, oranı bitirdikdən sonra LKGİ MK-nın təlimatçısı olub. 1952-ci ildə Şevardnadze Gürcüstan SSR LKGİ-nin Kutaisi vilayət komitəsinin katibi, sonra ikinci katibi, daha sonra birinci katibi təyin edilib.
1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin xarici işlər naziri vəzifələrində çalışıb. 1992-ci ilin martında Şevardnadze Gürcüstana qayıdaraq prezident Zviad Qamsaxurdiyanın devrilməsindən sonra yaradılan Dövlət Şurasına rəhbərlik edib.
1995-2003-cü illərdə Gürcüstan Respublikasının prezidenti olub.
2003-cü ilin noyabrında müxalifətin ölkə parlamentində seçkilərin nəticələrindən narazılığı ilə əlaqədar Gürcüstanda baş verən "Qızılgül inqilabı" nəticəsində Şevardnadzeyə prezident kürsüsünü tərk etmək təklif olunur. Həmin vaxt parlamentin ölkə başçısının Gürcüstanda fövqəladə vəziyyət tətbiqi ilə bağlı təklifini qəbul etməməsindən sonra Şevardnadze istefa verir.
Bundan sonra o, Krtsanisidə dövlət tərəfindən verilən iqamətgahda yaşayır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Eurovision"da səsvermə qalmaqalı: Televiziya rəhbəri istefa verdi
-
Rusiyada təyyarə qəzaya uğradı
-
Almaniyada yaşayış binasında partlayış: Dağıntılar altında qalanlar var
-
ABŞ-də məscidə hücum: Ölənlər və yaralananlar var - VİDEO
-
Rusiya genişmiqyaslı nüvə təlimlərinə başladı
-
İlon Mask məhkəməni uduzdu
XƏBƏR LENTİ
-
Rəsul Çunayev atası ilə bağlı maraqlı xatirəni bölüşdü: "O cümləni əzbərləmişdi"
-
Şəhər mərkəzi dəyişir - Yeni model AÇIQLANDI
-
"Neftçi"nin Konfrans Liqasındakı rəqibləri kimlərdir?
-
Ayın 20-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Gündə 20 dəqiqədən çox skuter sürmək TƏHLÜKƏLİDİR
-
"Eurovision"da səsvermə qalmaqalı: Televiziya rəhbəri istefa verdi
-
Aylığı 500 manat olan bağçada vəziyyət - "Uşağıma müəllimlər şiddət göstərib" - VİDEO
-
Kurtua klub sahibi oldu
-
"Ağıllı şəhərlər" - bəşərin gələcək komfortu, yoxsa yeni miqrasiya problemləri? - ARAŞDIRMA
-
"9 aylıq körpəmi İTİRDİM, getsinlər uşaqlarının qəbrinin yerini tanısınlar"
-
Prezident İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib - FOTO
-
Ronaldonun Corcinası görünüşünü DƏYİŞDİRDİ - FOTOlar
-
Gələn həftə 5 gün EVDƏYİK
-
Tribunalardan birinə Qvardiolanın adı veriləcək
-
67 ölkə arasında Azərbaycan uğuru - Gənc proqramçılardan qürurverici nəticə
-
Qobustan qəsəbəsi ərazisində qəzalı körpünün söküntüsünə başlanılıb
-
Bakı-Tbilisi-Bakı qatarının gediş-gəliş qiyməti bu gün AÇIQLANACAQ
-
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
-
Beynəlxalq avtomobil daşımaları ilə bağlı YENİ QƏRAR
-
Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür - Kamaləddin Qafarov
-
Şəhər tale kimi: Azərbaycan daş yaddaşından gələcəyin memarlığına doğru
-
Ançelotti Neymarla bağlı qərarından danışdı
-
Əhaliyə PİS XƏBƏR: Bu peşələri süni intellekt əvəz edir - TAM SİYAHI
-
Qarabağ Universitetinin bu fakültəsi Şuşaya köçürülür





