Dünya

Vəhhabilərə qarşı hamı birləşir - FOTO

17 İyun 2014 09:49
27 Şərh     Baxış: 6 787
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İraq və Şam İslam Dövləti" ("Əd Daulat əl İslamiya fil İrak və əş Şam", İŞİD) terrorçuları İraqın şimalında yerləşən Mosul şəhərindəki bütün xristian kilsələrini darmadağın etmək niyyətindədirlər.
 

Mosul paytaxt Bağdaddan 396 km aralıdadır.
 

Milli.Az Al Mayadin-ə istinadən bildirir ki, İŞİD təkfirçiləri bu barədə dünən Mosul sakinlərinə səsucaldanlarla bəyanat veriblər.

Sələfi-təkfirçilər Mosulda onlara sədaqət andı içməkdən imtina edən daha 12 din xadimini edam ediblər. İŞİD terrorçuları iyunun 14-də 14 din xadimini Əl İsra məscidinin qarşısında güllələmişdilər.
 

İŞİD-in ələ keçirdiyi bütün şəhərlərdə siqaret və spirtli içkilərin satışı yasaqlanıb.

Qadınların hamısı mütləq qaydada əbayədə və çarşabda olmalıdır.
 

İŞİD ələ keçirdiyi bütün şəhərlərdə xristianlardan qızılla "cizyə" vergisi alır.
 

1,8 milyon nəfər əhalisi olan Mosulu tərk etmiş 600 min nəfər Erbil şəhərinə üz tutub.

Bağdadda isə ayətulla Əli Sistaninin müsəlmanları İŞİD-ə qarşı mübarizəyə səsləməsindən sonra on minlərlə insan könüllü olaraq döyüşlərə yollanmaq istəyir.
 

İŞİD-in Bağdad yaxınlığındakı Səqlaviyyə şəhərini ələ keçirməsindən sonra vəziyyət daha da ağırlaşıb.

ABŞ Hərbi-Dəniz Qüvvələri Fars Körfəzinə artıq 4-cü gəmisini yollayıb. Burada amerikalıların "USS George H.W. Bush" aviadaşıyıcı gəmisi və "USS Mesa Verde" tipli iki raket gəmisi keşik çəkir.
 

İraqın baş naziri Nuri əl Maliki İŞİD təkfirçiləri ilə vuruşmaq istəyənlərə silah paylanmasına göstəriş verib.
 

Hərbi ekspertlər isə bildirirlər ki, İŞİD-in maliyyə imkanları artıq 2,3 milyard dollara çatıb. Suriya ərazisinin bir qisminə nəzarət edən İŞİD Mosulu ələ keçirədən sonra pullarını ən azı iki dəfə artırıb. Daha doğrusu, İŞİD təkfirçiləri Mosulda 1,5 milyard dollara yiyələniblər.
 

Bu arada bəlli olub ki, İŞİD terrorçuları İraq-Suriya sərhədinin bir qismini dağıdaraq iki ölkə arasında çox rahatlıqla gediş-gəlişə nail olublar.

İraqın şimalında yaşayan türkmənlər də İŞİD-lə döyüşlərə başlayıblar.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.