Dünya

Türkiyə prezidenti: "Biz Krımı Rusiya ərazisi kimi tanımayacağıq"

15 Aprel 2014 19:51
0 Şərh     Baxış: 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Türkiyə heç vaxt Krımı Rusiya ərazisi kimi tanımayacaq. Ankara, həmçinin Krımda keçirilən referendumun nəticələrini tanımır"
Milli.Az xəbər verir ki, APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu haqda Ukraynada prezidentliyə namizədliyi irəli sürülən Pyotr Poroşenko ilə Türkiyə prezidenti Abdulla Gül arasında keçirilən görüşdə bəyan olunub.

Regional təhlükəsizliyə həsr olunmuş 1 saatlıq görüşdə əsas diqqət Krm tatarlarının hüquqlarının müdafiəsinə yönəlib.

P.Poroşenko görüşün yekunlarına əsaslanaraq gələcəkdə tərəflərin birgə səyləri ilə Krımın əvvəlki statusunun qaytarılacağına əminliyini ifadə edib.

Tərəflər Ukraynadakı prezident seçkilərindən sonra Ukrayna-Türkiyə danışıqlarına başlamaq haqda razılıq da əldə ediblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.