Dünya

Türkiyədə daha 12 şahidin siması dəyişdirildi

15 Aprel 2014 12:41
2 Şərh     Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə müxtəlif cinayətlərin açılmasına kömək edən daha 12 şahidin siması dəyişdirilib

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib.

Qəzetin məlumatına əsasən, bu addım şahidlərin təqib edilməmələri üçün atılıb.

Məlumatda o da qeyd olunur ki, hazırda Türkiyədə qüvvədə olan şahidlərin qorunması haqqında qüvvədə olan qanuna əsasən, 105 şahid, 168 şahid qohumları olmaqla, ümumilikdə 273 nəfər haqqında bütün məlumatlar gizli saxlanılır.

Məlumata əsasən, plastik əməliyyat vasitəsilə simaları dəyişdirilən bütün vətəndaşlara yeni pasportlar verilib.

Statistik məlumatlara görə, 2008-ci ildə 7, 2009-cu ildə 42, 2010-cu ildə 20, 2011-ci ildə 90, 2012-ci ildə 87, 2013-cü ildə 39, bu il isə ümumilikdə 12 nəfərin siması dəyişdirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.