Dünya

Prezidentliyə namizədin maşınından Kalaşnikov güllələri tapılıb - FOTO

15 Aprel 2014 10:56
0 Şərh     Baxış: 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ukraynada prezidentliyə namizədlərdən biri olan Oleq Tsarevin maşınında Kalaşnikov avtomatının patronları aşkar edilib.

Anspress-in məlumatına görə, telekanallardan birinin ofisinin yaxınlığında park edilən maşında fəallar güllələrlə yanaşı, 4 ədəd süngü də tapıblar.

Tsarevin mühafizəçisi mühafizə şirkətinin sənədini göstərməkdən imtina edib. Onun sözlərinə görə, onlar bu silahlardan pis niyyətlə istifadə etməyi planlaşdırmamışdılar. Eyni zamanda avtomaşının salonunda soyuq və odlu silah, hərbi nişan və paltar ilə silah sənədləri də aşkarlanıb.

Hadisə yerində artıq Daxili İşlər Nazirliyinin əməkdaşları işləyirlər.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.