Dünya

İslamçılar kraliçanı bıçaqlamaq istədilər

10 Noyabr 2014 10:10
0 Şərh     Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

The Guardian yazır ki, Londonda Britaniya kraliçası 2-ci Yelizaveta və onun əri, Edinburq hersoqu Filippə qarşı sui-qəsdin qarşısı alınıb.
 

Radikal islamçılar Albert-Hollda kraliçaya və onun ərinə hücum etmək istəyirdilər. Həmin vaxt Kral Britaniya Legionunun festivalı keçiriləcəkdi.

İslamçılar kraliçanı bıçaqlamaq niyyətində olublar.
 

Milli.Az The Guardian-a istinadən bildirir ki, planlaşdırılan sui-qəsd barədə kraliça 2-ci Yelizaveta və baş nazir Devid Kemeron xəbərdar olublar. Bukinhem Sarayı kraliçanın anım mərasimlərindəki iştirakını təxirə salmayıb.
 

Polis və xüsusi xidmət orqanlarının həyata keçirdikləri xüsusi əməliyyatlar nəticəsində Londonda 19-27 yaşlarında 4 nəfər tutulub.

Britaniya kraliçası 2-ci Yelizavetaya son sui-qəsd cəhdi 1981-ci ilin sonunda olmuşdu.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.