Dünya

Papa 19 kardinal seçdi

13 Yanvar 2014 10:23
0 Şərh     Baxış: 369
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Roma Katolik Kilsəsinin rəhbəri, Papa 1-ci Fransisik dünən 19 yeni kardinalı təyin edib.


Onları tam əksəriyyəti inkişaf etməkdə olan, yoxsul dövlətlərdəndir.


Milli.Az ABC-yə istinadən bildirir ki, Vatikandakı Müqəddəs Pyotr meydanına yığışmış on minlərlə möminə müraciət edən Papanın dediyinə görə, yeni pontifiklərin 16-sının yaşı 80-ə çatmayıb.


Yeni kardinallar Roma Katolik Kilsəsinin yeni Papasını seçmək hüququna malikdirlər.

Həmin şəxslərə kardinal rütbəsi fevralın 22-də Vatikanda keçiriləcək mərasimdə veriləcək.


Kardinal olacaq keşişlər arasında Vatikanın dövlət katibi Pyetro Parolin, Papa 13-cü İoannın şəxsi katibi Loris Françesko Kapovilla da var.

Konsistoriya başlayanda Vatikanın Müqəddəs Kollegiyasında 201 prelat olacaq.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.