Dünya

Mister Bin İslamı qəbul etdi?

2 Oktyabr 2013 18:03
2 Şərh     Baxış: 6 496
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dünyaca məşhur ingilis komik, yüz milyonlarla insanın "Mister Bin" kimi tanıdıqları aktyor Rouen Atkinson İslamı qəbul edərək müsəlman olduğu iddia edilir.

Milli.Az Tribun News-a istinadən bildirir ki, bununla bağlı olaraq R.Atkinsonu Tunisdə iqtidarda olan "Əl Nəhda" Partiyasının lileri Rəşid Qənnuşinin təbrik etdiyi vurğulanır.
 

Rouen Atkinsonla Rəşid Qannuşi yaxın dostlardır. Onlar Qannuşinin Londonda sürgündə olduğu vaxt tanış olublar.
 

"İslamı qəbul etməyimi sürətləndirən məqamlardan biri Hz.Məhəmmədlə (s.ə.s.) təhqiramiz filmin çəkilməsi oldu. İslamla bağlı məlumatlar aramağa başladım. Oxudum və müsəlman olmağa qərar verdim", - Atkinsonun belə dediyi iddia olunur.

Fəqət, aktyorun özü bu barədə heç bir açıqlama verməyib.

Onun prodüseri isə yayılmış xəbərləri yalnış adlandırıb.

Milli.Az

Xəbərin mənbəyi: Aktor Mr Bean, Rowan Atkinson, Dikabarkan Masuk Islam

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.