Tunis parlamentinin deputatı, bu ölkənin məşhur müxalifətçilərindən Məhəmməd Əl-Brahmi qətlə yetirilib.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, o, öz evinin qarşısında güllələnib. Qatil Məhəmməd əl-Brahminin başına tapançadan 11 dəfə atəş açıb.
Solçu Əl-Brahmi ölümündən əvvəl Tunis vətəndaşlarını "Misir ssenarisi" üzrə ölkədə demokratiyanı inkişaf etdirməyə, müsəlmanları hakimiyyətdən kənarlaşdırmağa səsləyib.
Əvvəllər Xalq Cəbhəsinə rəhbərlik edən Əl-Brahmi iyulun əvvəllərində öz partiyasını yaratmağa başlayıb.
Milli.Az