Dünya

Pakistanda öldürülmüş turistlərdən dördünün şəxsiyyəti müəyyənləşdi

24 İyun 2013 10:41
0 Şərh     Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
APA-nın məlumatına görə, şəxsiyyətləri dəqiqləşdirilən şəxslərdən ikisi Çin, biri Nepal, biri ABŞ vətəndaşıdır. ABŞ səfirliyi artıq öldürülənlərdən birinin amerikalı olduğunu təsdiqləyib. Faciənin digər qurbanlarının milliyyəti ilə bağlı fərqli fikirlər səsləndirilir. BBC telekanalı hadisə zamanı 5 Ukrayna, 3 Çin və 1 Litva vətəndaşının öldürüldüyü, bir Çin vətəndaşının isə sağ qaldığı barədə xəbər yayıb. Ukraynanın Pakistandakı səfiri bu ölkənin beş vətəndaşının qətlə yetirilməsi xəbərini təsdiqləyib.

Qeyd edək ki, faciə Feyri-Midouz dağ kurort zonasında, Nanqaparbat dağının ətəyində qurulmuş çadır şəhərciyində baş verib. 10-12 silahlı turistləri çölə çıxararaq onları güllələyib. Terror aktına görə məsuliyyəti ilk öz üzərinə "Cundullah" terror qruplaşması götürsə də, sonradan "Tehriki Taliban Pakistan" qruplaşması hadisəni qruplaşmaya daxil olan "Cunud ul-Xifa" terrorçularının törətdiyini açıqlayıb.

Milli.Az

Uyğun link:

Pakistanda turistləri oteldən çıxarıb güllələdilər - YENİLƏNİB


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.