Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
On minlərlə qəzəbli müsəlman küçələrə çıxdı - FOTO
30 Mart 2013 11:17
0 Şərh
Baxış: 850
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az AsiaOne-a istinadən bildirir ki, ötən həftə yaşanan toqquşmalarda isə 14 nəfər həlak olmuşdu.
Toqquşmaların səbəbi Banqladeşin ən böyük müxalifət təşkilatı olan "Cəmaəti İslami" Partiyasının (Islami Andolan Bangladesh, İAB) bir dəstə üzvünün həbsi idi. Daha sonra isə Siracqanc əyalətində iqtidar tərəfdarları olanlar silahlanaraq "Cəmaete İslami"nin üzvlərinə hücum ediblər.
Toqquşmaya polis qatılıb, "Cəmaəti İslami" üzvlərinə qarşı gözyaşardıcı qaz, su şırnaqları və dəyənəklərdən istifadə olunub.
Son iki ayda Banqladeşdə toqquşmalarda 80 nəfər həlak olub.
Dünən isə Banqladeşin paytaxtı Dəkkədə on minlərlə İAB üzvü küçələrə çıxaraq ölkədə İslamı təhqir edənlərə qarşı sərt tədbirlər görülməsini tələb ediblər.
Onlar internetdə İslamı və müsəlmanları aşağılayanların cəzalandırılmasını, ölkə parlamentində İslama qarşı çıxanların qanun qarşısında cavab vermələrini istəyiblər.
İAB üzvləri onu da bəyan ediblər ki, əgər onların tələbləri qəbul edilərək yerinə yetirilməzsə, aprelin 25-də Banqladeşin baş naziri Şeyx Hasinanın iqamətgahını mühasirəyə alacaqlar.
İAB-ın lideri, Əmir Müfti Seyid Məhəmməd Rezaul Karim dünənki mitinqdə çıxış edərkən deyib: "Əvvəlki iqtidarlar təki, indiki hökumət və hakimiyyət də rüşvət, zorakılıq, qohumbazlıq, korrupsiya və digər naqisliklər, çirkab içindədir. Biz bu adamları hakimiyyətdən kənarlaşdırmalı, ölkənin inkişafına mane olan qüvvələri zərərsizləşdirməliyik", - banqladeşlilərin "Pir Şaheb Çarmonay" adlandırdıqları Kərim deyib.
İAB ölkədə azad və ədalətli seçkilərin keçirilməsini, korrupsiya ilə effektiv mübarizə aparılmasını, məmurların harınlıq və özbaşınalıqlarına son qoyulmasını tələb edir.
Partiya onu da bildirir ki, Banqladeşin dövləti müstəqilliyi əldə etməsində müstəsna xidmətləri olan "mömin müsəlmanlara qarşı təqiblərə son qoyulmalıdır".
1971-ci ildə Banqladeşin milli müstəqillik savaşında 3 milyon nəfər həlak olmuş, 200 mindən artıq müsəlman qadın zorlanmışdı.
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: AP, AFP, Getty İmages
DİGƏR XƏBƏRLƏR
-
Tramp: “Biz onları demək olar ki, havayı əldə etdik”
-
Rusiyada güclü zəlzələ oldu
-
Vensan Kompani xəstəxanalıq oldu
-
Benzinli və dizel avtomobillər 2028-ci ildən qadağan ediləcək
-
Bu müsəlman ölkəsində hökumət subaylara sevgili tapmağa kömək edəcək
-
Adil Yıldırım: "Gündə 20 dəfə əlaqədə olurdum, İtaliyada ciddi müalicə aldım" - (Foto)
XƏBƏR LENTİ
-
90-cı illərin məşhur müğənnisi illər sonra - (Foto)
-
Xırdalanda maşın aşdı - Sürücü yaralandı
-
Tramp: “Biz onları demək olar ki, havayı əldə etdik”
-
Rusiyada güclü zəlzələ oldu
-
Vensan Kompani xəstəxanalıq oldu
-
Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq: İçmədən əvvəl 2 dəfə düşünün
-
Benzinli və dizel avtomobillər 2028-ci ildən qadağan ediləcək
-
Bu müsəlman ölkəsində hökumət subaylara sevgili tapmağa kömək edəcək
-
Toyda unudulmaz an - (Video)
-
Sobada İzmir küftəsi resepti
-
İş müsahibəsində uğur gətirən 3 strateji "ağ yalan"
-
Adil Yıldırım: "Gündə 20 dəfə əlaqədə olurdum, İtaliyada ciddi müalicə aldım" - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb - ( Video)
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - (Foto)
-
İbad Hüseynov səfirliyin dəstəyi ilə Azərbaycana qayıtdı
-
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
-
Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib
-
Günün qoroskopu: Şəxsi həyatınızda bəzi gərginliklər yaşana bilər
-
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
-
Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - (Video)
-
“Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
-
Rafet El Romanın azərbaycanlı nişanlısı - (Foto)