Dünya

Rubioya Ağ Evdən orijinal ad günü hədiyyəsi - (Foto)

15 Avqust 2026 12:36
Baxış: 172
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağ Ev ABŞ Dövlət katibi Marko Rubioya 55 illik yubileyi münasibətilə maraqlı hədiyyə təqdim edib. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, hədiyyə Rubionun özünün təsvir olunduğu 68 internet memindən ibarət kollajdır. Memlər 28 fevral 2025-ci ildə Oval Ofisdə keçirilən görüşdən ilhamlanıb. Həmin görüşdə Donald Tramp və vitse-prezident Venslə Ukrayna prezizidenti Vladimir Zelenski arasında siyasi qalmaqal yaşanıb. Görüş zamanı Tramp və Vens Zelenskiya hücum edərkən Rubio divanda səssizcə oturub. O vaxtdan bəri, Dövlət katibinin müxtəlif obrazlarda - Kiss üzvündən samuraya qədər - memləri internetdə yayılıb.

Bulwark naşiri Sara Lonqvel bunu "memlərin siyasətçinin xeyrinə işlədiyi ilk hallardan biri" adlandırıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.