Haalandın fotosu olan bağlamalardan 469 kilo kokain çıxdı (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ekvadorda keçirilən narkotik əməliyyatı zamanı 469 kiloqram kokain ələ keçirilib.
Milli.Az lent.az-a istinadən bildirir ki, əməliyyat Kolumbiya ilə sərhədə yaxın Tulkan şəhəri ətrafında baş tutub. Polis anonim məlumat əsasında Panamerika magistralında şübhəli yük avtomobilini saxlayıb.
Avtomobildə aparılan axtarış zamanı döşəmənin altında xüsusi hazırlanmış gizli bölmə aşkarlanıb. Buradan ümumilikdə 370 bağlamaya qablaşdırılmış 469 kiloqram kokain götürülüb.
Polisin əməliyyatdan sonra yaydığı görüntülərdə narkotik bağlamalarının üzərində "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haalandın fotosunun olduğu görünür. Futbolçunun şəklinin paketlərdə hansı səbəbdən istifadə edildiyi barədə rəsmi açıqlama verilməyib.
Məlumata görə, qaçaqmalçılar müxtəlif partiyaları bir-birindən fərqləndirmək, yükün hansı qrupa və ya alıcıya məxsus olduğunu göstərmək üçün bağlamaların üzərinə fərqli işarələr və məşhur şəxslərin fotolarını yerləşdiriblər. Daha əvvəl Lionel Messinin fotosu olan narkotik paketlərinin də aşkarlandığı bildirilir.
Əməliyyat zamanı avtomobilin sürücüsü, eləcə də Kolumbiya sənədləri daşıdığı bildirilən və adı Mariya R. kimi açıqlanan qadın saxlanılıb.
Hesablamalara görə, ələ keçirilən kokainin Ekvadordakı dəyəri təxminən 842 min dollardır. Ekvador Cənubi Amerikadan ABŞ və Avropaya narkotik daşınmasında əsas tranzit ölkələrdən biri hesab olunur. Rəsmi məlumatlara görə, ölkədə bu ilin ilk yarısında təxminən 80 ton narkotik vasitə ələ keçirilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
-
“Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə - Yenilənib
-
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb
-
"Arsenal" "Everton"u məğlub edib - İngiltərə Premyer Liqası
-
Premyer Liqada bu gün iki oyun keçiriləcək
-
Bakıda FIFA U-15 dünya çempionatı start götürür
XƏBƏR LENTİ
-
Sobada İzmir küftəsi resepti
-
İş müsahibəsində uğur gətirən 3 strateji "ağ yalan"
-
Adil Yıldırım: "Gündə 20 dəfə əlaqədə olurdum, İtaliyada ciddi müalicə aldım" - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb - ( Video)
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - (Foto)
-
İbad Hüseynov səfirliyin dəstəyi ilə Azərbaycana qayıtdı
-
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
-
Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib
-
Günün qoroskopu: Şəxsi həyatınızda bəzi gərginliklər yaşana bilər
-
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
-
Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - (Video)
-
“Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
-
Rafet El Romanın azərbaycanlı nişanlısı - (Foto)
-
Bəzi kolleclər bağlana bilər - (Video)
-
Bacısı Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
-
Deputatın oğlu "Yeraz Əhməd" dava edənləri barışdırmaq istəyirmiş - (Video)
-
"Cəhənnəm Necati"yə hökm oxundu
-
“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Engin Altana ağır itki - (Foto)
-
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
-
“Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə - Yenilənib
-
Zeytun Festivalının açılışı olub - (Foto)





