Bütün binaları qəhvə çöküntüsü ilə suvayacaqlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səhər qəhvənizdən qalan çöküntülər artıq zibil deyil, binalarınız üçün qoruyucu qalxana çevrilir. Cənubi Koreyalı alimlər qəhvə tullantısını stifor qədər güclü və tamamilə təbiət dostu olan izolyasiya materialına çevirməyi bacarıblar.
Milli.Az xəbər verir ki, Cənubi Koreyanın Jeonbuk Milli Universitetinin tədqiqat qrupu tərəfindən hazırlanan bu texnologiya, tikinti sektorunda "yaşıl inqilab" vəd edir.
"Bio-kömür" texnologiyası necə işləyir?
Bu möcüzəvi çevrilmənin sirri qəhvə çöküntüsünün xüsusi emal prosesindən keçməsindədir:
Emal: Çöküntülər 80 dərəcəlik xüsusi sobalarda qurudulur və yüksək temperaturda işlənərək "bio-kömür" halına gətirilir.
İstilik müalicəsi nəticəsində materialın daxilində kiçik hava məsamələri yaranır. Bu məsamələrə həbs olunan hava istilik ötürülməsinə qarşı keçilməz bir divar hörür.
Hazırlanan qarışım su, etanol və bitki mənşəli etil sellüloza ilə birləşdirilərək ekoloji təmiz kompozit materiala çevrilir.
Plastik izolyasiyaya qarşı üstünlükləri
Hazırda binalarda istifadə olunan polistirol (stifor) izolyasiya materialları qalıq yanacaqlardan əldə edilir və təbiətdə əsrlərlə yox olmur. Qəhvə bazlı bu yeni material isə:
Laboratoriya sınaqlarında cəmi 3 həftə ərzində çəkisinin 10%-ni itirərək təbiətdə parçalana bildiyini sübut edib.
0,04 W/m·K istilik keçiriciliyi ilə plastik izolyasiya məhsulları ilə demək olar ki, eyni performansı göstərir.
Hər il dünyada istehlak edilən milyonlarla ton qəhvə tullantısının zibilliklərə getməsinin qarşısını alır.
Günəş panelləri üçün yeni qalxan
Tədqiqatçılar bu materialı damlardakı fotovoltaik panellərlə də sınaqdan keçiriblər. Qəhvə izolyasiyası günəş panellərindən binaya keçən istiliyi ciddi şəkildə azaldaraq binaların enerji səmərəliliyini zirvəyə daşıyır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ABŞ-də qızılca epidemiyası: Minlərlə insan yoluxdu, ölən var
-
Asiyada ikinci NATO yaratmaq istəyirlər
-
Məkkə istiqamətində PUA təhlükəsi - Səudiyyə Ərəbistanından açıqlama
-
Nepalda iki turist helikopteri toqquşdu
-
Kremlin saatı 10 gün işləməyəcək
-
Çinin modernləşməsinin idarəetmə əsasları - 5-ci Plenumda nələr müzakirə edildi?
XƏBƏR LENTİ
-
ABŞ-də qızılca epidemiyası: Minlərlə insan yoluxdu, ölən var
-
Yollarda görünüş məsafəsi məhdudlaşdı - Sürücülərə xəbərdarlıq
-
Nikolas Keyc evsiz qaldı
-
Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - (Yenilənib)
-
Qazaxda məktəbli 33 yaşlı kişini bıçaqladı
-
Azərbaycan neftinin qiyməti açıqlandı
-
Camaat idman edib arıqlayır, mən kökəlirəm
-
Paytaxtın bu yolunda hərəkət məhdudlaşdırılacaq
-
Vəfa Seyidova işdən çıxdı
-
ÇL: "Barselona" və PSJ darmadağınla qələbə qazandı
-
Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır
-
Üç bürcə noyabrın ortalarına qədər ciddi xəbərdarlıq
-
Dünyanın sonu, yanğınlar və böhranlar: Nostradamusun 2027-ci il üçün proqnozu
-
İnsanları maqnit kimi cəlb edirlər - 4 xüsusi doğum günü
-
“Eşref Tek”in tərəf müqabili açıqlandı
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Günün qoroskopu: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır





