Dünya

“48 saata yeni qərarlar açıqlanacaq”

20 Mart 2026 10:01
Baxış: 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens benzin qiymətlərindəki artımın amerikalılar üçün çətinlik yaratdığını etiraf edib, lakin bu vəziyyətin müvəqqəti xarakter daşıdığını bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Vens Miçiqanda keçirilən tədbirdə çıxışı zamanı qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar enerji bazarına təsir göstərib.

Onun sözlərinə görə, hökumət qiymətlərin stabilləşdirilməsi üçün addımlar atır.

"Benzin qiymətləri artıb, bunu bilirik. İnsanlar çətinlik çəkirlər və biz qiymətləri aşağı saxlamaq üçün əlimizdən gələni edirik", - deyə o vurğulayıb.

Vitse-prezident əlavə edib ki, mövcud vəziyyət uzunmüddətli deyil:

"Bu, əbədi davam etməyəcək. Benzin qiymətlərinin normallaşdığını görəcəksiniz. Problemin fərqindəyik və onu həll etmək üçün çalışırıq".

O, həmçinin ABŞ administrasiyasının müxtəlif həll variantları üzərində işlədiyini və yaxın 24-48 saat ərzində yeni qərarların açıqlana biləcəyini qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.