İranın müqaviməti necə hələ də davam edir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İranın hərbi-siyasi rəhbərliyinin sıra ilə öldürülməsinə rəğmən rejimin hələ də "sağ qalması" müharibənin ən müəmmalı və maraqlı sualı hesab oluna bilər. Xamenei və "zirvədəkilər"in aradan götürülməsindən sonra sistemi idarə edənlər, yaxud idarə etdiyi görünən fiqurlar da eyni aqibətlə üzləşir, lakin İranın müqaviməti hələ də davam edir. Bu necə baş verir?
Milli.Az axar.az-a istinadən bildirir ki, bunun iki əsas səbəbdən qaynaqlandığını demək mümkündür.
1. Rejimin idarəetmə sistemi;
2. Müharibədə tətbiq edilən taktika.
Teokratik rejimin təpəsində ali dini lider dayansa da, əsas idarəetmə "Beyt" adlanan mərkəz tərəfindən həyata keçirilir. Bu, dini liderin olmaması, yaxud öldürülməsi, eləcə də hərbi-siyasi rəhbərliyin bu və ya digər səbəblərdən təcrid edilməsi halında idarə aparatının işləməsini təmin edən sistemdir.
"Nüvə İranına qarşı birlik" (UANİ) təşkilatının 12 günlük müharibədən sonra hazırladığı hesabatda "Beyt"in 4 min nəfərdən ibarət gizli şəbəkə olduğu qeyd edilir və rejimin gücünün "əsas nüvəsi" adlandırılırdı. "Kölgə aparatı" rolunu oynayan bu şəbəkə ölkədə bütün sferalara nəzarət edir, daxili təhlükəsizlikdən tutmuş xarici siyasətə qədər, hər bir mühüm qərarın qəbulunda həlledici rol oynayır. "Beyt"in aşağı halqası hesab olunan 40 minə yaxın şəxs isə bütün strukturlarda yerləşir.
Bu sistem teokratik rejimin rəhbərliyinin öldürülməsi halında dərhal əvəzlənməsi və sistemin davamlılığının təmin olunması imkanlarını yaradır.
İran müharibədə də bu sistemin praktiki formada tətbiqinə əsaslanan doktrina üzrə hərəkət edir. Bu, xarici işlər naziri Abbas Araqçının müharibənin ilk günlərində açıqladığı "Mərkəzləşdirilməmiş Mozaika Müdafiəsi" taktikasıdır. Bu taktika mərkəzi komandanlıq olmadan döyüş qabiliyyətini davam etdirmək və rejimin yaşamasını təmin etməkdir.
- Silahlı qüvvələrin - ordu, SEPAH və digər strukturların rəhbərliyi öldürülərsə, aşağı rütbəlilər dərhal onları əvəz edir;
- Yerlərdə komandirlər mərkəzi məlumatlandırmadan, yaxud hansısa təlimatı gözləmədən hərəkət edirlər.
Məlumatlara görə, İran bu planı ABŞ-ın İraqa müdaxiləsindən sonra hazırlayıb. 20 illik planda komandanlığın əvəz edilməsinin, eləcə də alt birliklərdə komandirlərin əmr almadan hansı addımları atacağının detalları yer alır. "Fars" xəbər agentliyinin məlumatına görə, hərbi komandirləri əvəz edəcək şəxslərin sayı 3-7 nəfər arası dəyişir. Pezeşkian da bildirmişdi ki, mərkəzlə əlaqə kəsiləcəyi, yaxud komandirlər və liderlər öldürüləcəyi təqdirdə, silahlı birliklərə "öz istəkləri" ilə hərəkət etmək üçün geniş səlahiyyətlər verilib. Rejimin davamlılığının təmin edilməsinə hesablanmış bu taktikada İran müharibəni qazanmasa da, uzunmüddətli və dağıdıcı etməklə müqaviməti təşkil edir.
Bu idarəçilik və döyüş doktrinası müharibədə proqnozlaşdırılması çətin olan perspektivlər yaradır.
a) ABŞ və İsrail hava zərbələri ilə İranı tamamilə məhv etsə, eləcə də bütün hərbi-siyasi rəhbərlik aradan götürülsə belə, rejim davamlılığını saxlamaq imkanlarına malikdir;
b) Hakimiyyətin dəyişməsinin mümkün yolu kimi görünən quru əməliyyatında belə İran dərinliklərində rejim qüvvələri ilə döyüşün nəticələri dumanlıdır.
"Mərkəzləşdirilməmiş Mozaika Müdafiəsi"nin İran və region üçün riskləri də var.
- İran üçün əsas problem siyasi liderlərin qərarvermə prosesindən uzaqlaşması, hərbi rejimin güclənməsidir, həmçinin, mərkəzi hakimiyyətin zəifləməsi uzunmüddətli perspektivdə ölkəyə nəzarətin itməsi riskləri yaradır;
- Region üçün əsas problem gedişində "başsız" qalan rejim qüvvələrinin qonşu ölkələrə hücumlar təşkil etməsi, müharibə arealının genişlənməsidir;
Bütün bunlar mümkün razılaşma olmayacağı təqdirdə (bu, hələki qeyri-real görünür), İran müharibəsinin uzun müddət davam edəcəyi və regional təhlükəsizliyə ciddi təhdidlər yaradacağını da deməyə əsas verir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Xamenei xalqa müraciət etdi
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
XƏBƏR LENTİ
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib





