Dünya

Avropa ölkəsindəki ABŞ səfirliyində PARTLAYIŞ

8 Mart 2026 10:30
Baxış: 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Norveçin paytaxtı Oslo şəhərində yerləşən ABŞ səfirliyi binasında partlayış səsi eşidilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, polis partlayışın yerli vaxtla saat 01:00 radələrində olduğunu bildirib.

İlkin məlumata əsasən, hadisə nəticəsində ölüm və ya xəsarət alan yoxdur.

Polis sözçüsü Mikael Dellemir NRK-ya açıqlamasında deyib ki, partlayış səfirliyin konsulluq bölməsində baş verib və kiçikdağıntıya səbəb olub.

Partlayışdan sonra binadan tüstü qalxdığı müşahidə olunub.

Polisin səfirliklə əlaqə saxladığı bildirilir. Partlayışın səbəbi ilə bağlı isə hələlik rəsmi məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.