Dünya

ABŞ və İran arasında nüvə diplomatiyası: Növbəti dayanacaq Vyanadır

27 Fevral 2026 00:11
Baxış: 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçrənin Cenevrə şəhərində ABŞ və İran heyətləri arasında keçirilən nüvə müzakirələrinin 3-cü raundu başa çatıb. Tərəflər bəzi məsələlərdə irəliləyiş əldə edildiyini bildirsələr də, rəsmi Tehran strateji əhəmiyyətli bir şərti qəti şəkildə rədd edib.

Milli.Az xəbər verir ki, müzakirələrin 4-cü raundunun gələn həftə Avstriyanın paytaxtı Vyanada, texniki səviyyədə keçirilməsi qərara alınıb.

Tehran rəhbərliyi zənginləşdirilmiş nüvə materiallarının ölkə xaricinə çıxarılması (transferi) təklifini tamamilə rədd edib. İran bu materialların ölkə daxilində qalmasında israrlıdır.

İran tərəfi iqtisadi sanksiyaların tamamilə aradan qaldırılmasını danışıqların əsas şərti kimi gündəmə gətirib.

İranın xarici işlər naziri Abbas Araqçi Cenevrə görüşmələrini "indiyə qədərki ən ciddi və ən yaxşı raund" kimi qiymətləndirib.

2025-ci ilin iyununda İsrail və ABŞ-nin İrana hərbi hücumları ilə kəsilən diplomatiya prosesi, Türkiyənin təşəbbüsləri və Omanın vasitəçiliyi ilə yenidən canlanıb. ABŞ İranın uran zənginləşdirmə fəaliyyətlərini dayandırmasını istəyərkən, İran nüvə proqramına qoyulacaq məhdudiyyətlər müqabilində iqtisadiyyatının nəfəs almasını (sanksiyaların ləğvini) hədəfləyir.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.